Türkiyə prezidenti: “Azərbaycan qara günün dostu olduğunu göstərdi”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın dövlət başçısı İlham Əliyev mətbuat konfransı keçirib.
İlk olaraq, sözə başlayan Ərdoğan bunları deyib: “Sözümün əvvəlində azərbaycanlı qardaşlarımıza tutduqları mövqeyə görə təşəkkürlərimi bildirirəm. Biz bu iclası əslində Bakıda edəcəkdik. Lakin bu hadisə səbəbi ilə əziz qardaşım "Biz gələk, Ankarada keçirək" dedi. Bu gün bu iclası keçirdik və məlum hadisə qarşısında gücümüzü, terrora qarşı həmrəyliyimizi göstərmək üçün görüşün Ankaramızda baş tutmasını çox yüksək dəyərləndirirəm. Bunu mərhum babalarımızın da ifadə etdiyi kimi “Bir millət, iki dövlət” anlayışının təzahürü olaraq, ifadə edirəm. Azərbaycan qara günün dostu olduğunu göstərdi. Başda Əliyev olmaqla, azəri qardaşlarımıza minnətdaram. Biz də işğal altında tutulan Qarabağ da daxil olmaqla, hər bir sahədə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik”.