Türkiyə parlamentinin sədr müavini Almaniyada həbs edildi

 
Türkiyə Böyük Millət Məclisinin sədr müavini Bahçekapılı Almaniyada həbs edilib.Xəbər verilir ki, Ayşenur Bahçekapılı bir neçə saat polis idarəsində saxlanılıb.
Bahçekapılının Almaniya səfəri kabusa çevrilib. Xanımın içində pul, kredit kartı, pasport və şəxsiyyət vəsiqəsi olan çantası oteldə oğurlanıb. Bahçekapılı hava limanında alman polisinin tərbiyəsizliyi ilə qarşılaşıb. Saxlanılaraq polis idarəsinə aparılan sədr müavini deyib: "Avropa İttifaqı budursa, biz bunu istəmirik".

Türkiyə rəsmisi hadisəni belə izah edib: "Hadisəni, yəni oğurluq məsələsini dinlədilər, amma sadəcə dinləməklə qaldılar. Vəziyyətimizlə heç maraqlanmadılar da. Sədr müavini olduğumu söyləsəm də, veclərinə almadılar. İfadə alma prossesi çox uzandı. Sonra konsulluqla əlaqə saxladım. Müvəqqəti pasport çıxartdırdım. Türkiyəyə qayıtmaq üçün hava limanına gəldim. Bu zaman skandal ortaya çıxdı. Polis məni saxladı. Müvəqqəti pasportu qəbul etmədilər. Millət vəkili olduğumu söyləsəm də "bu bizi maraqlandırmır" cavabını verdilər. Məni və bacımı hava limanındakı polis məntəqəsinə apardılar. Təyyarəyə gecikdiyimizi söyləsək də, 45 dəqiqə orada qaldıq. Vizaya ehtiyac olmadığını, diplomatik pasportdan istifadə etdiyimi söyləsəm də, bu onları maraqlandırmadı. Heç konsulluqla əlaqə də saxlamadılar".
45 dəqiqə sonra polis tərəfindən hava limanında pasport-nəzarət məntəqəsinə aparılan millət vəkili əsəbləşərək "Aİ belədirsə, biz bunu istəmirik" deyə qışqırıb. Polis qadını susdurmağa çalışaraq həbs etməklə hədələyib.Olke.az

Загрузка...
Загрузка...