Türkiyə ordusunda qalmaqal: əsgərlərə 4 ton at əti verildi

Baxış sayı: 
185

Türkiyədə Hərbi Dəniz Qüvvələrinin əsgərləri üçün alınan 12 min 500 kiloqram at konservinin 4 min 50 kiloqramında at ətinin olduğu müəyyən edilib.
 
Publika.az xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Nurəddin Canikli deyib.
 
Nazir konservləri aldıqları firma ilə 2015-ci ildə bağladıqları müqaviləni ləğv etdiklərini və işlə bağlı cinayət açıldığını bildirib.
 
Lakin nazir at əti olan konservlərin əsgərlərə verilmədiyini qeyd edib.
 
Asif

Загрузка...
Загрузка...