Türkiyə ordusuna xarici pilotlar cəlb olunacaq

Türkiyədə çevriliş cəhdindən sonra ordudan kənarlaşdırılan 265 pilotun yerinin doldurulması üçün qanun layihəsi hazırlanır.
 
Axar.az xəbər verir ki, yeni qanuna əsasən, ordudan ayrılmış, ya da uzaqlaşdırılmış pilotlar müəyyən qaydalar çərçivəsində yenidən silahlı qüvvələrə cəlb ediləcək.
 
Nəqliyyat Nazirliyinin səlahiyyətliləri mülki aviasiyadan 600-ə yaxın pilotun orduya cəlb edilməsinin hava nəqliyyatında ciddi pilot çatışmazlığı yaradacağını açıqlayıb. Nazirik bu səbəbdən pilotların 10 %-nin xaricdən gətirilməsini təklif edib.
 
Lakin “Boinq” ilə F-16 idarəetməsində ciddi fərqlər olduğu üçün pilotların yenidən döyüş təyyarəsi idarə etməsi xeyli vaxt apara bilər.