Türkiyə ordusu PKK-nın mühüm ismini məhv etdi

Terror təşkilatı PKK-nın Türkiyədəki əsas  ismi olan və başına 1.5 milyon lirəlik mükafat qoyulan Əkrəm Güney və onun müavini  öldürülüb.
Avropa.info xəbər verir ki, 24 ildir terror təşkilatının dağ heyətində yer alan Əkrəm Güney 2014-cü ildə Türkiyəyə göndərilmişdi. Onun adı Türkiyənin  axtarışda  olan  terrorçular  siyahısında keçirdi.
Əkrəm Güneyin Diyarbəkr, Ərzurum, Bingöl, Elazığ, Batman, Bitlis və Muşda törətdiyi  73  terror aktı  nəticəsində ümumilikdə 193 nəfər Türkiyə vətəndaşı qətlə yetrilib. Onun haqqında Diyarbəkr, Ərzurum, Hakkari, Van, Bingöl prokurorluqları tərəfindən cinayət işi qaldırılmışdı.
 193 nəfərin qatili olan əli qanlı terrorçunun Türkiyə ordusu tərəfindən məhv edildiyi bildirilir.