Türkiyə ordusu İŞİD-i vurdu

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada dünən axşam saatlarında İŞİD-in bəzi mövqelərinin vurulduğu bildirilir.
Avropa.info xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri dünən axşam saatlarında Hələb şəhərinin şimalında yerləşən və İŞİD-in nəzarətində olan hədəfləri artilleriya atəşinə tutub.
Keçirilən əməliyyatlar zamanı 14 İŞİD üzvünün öldürüldüyü bildirilir.