Türkiyə ordusu 5 əsgər şəhid verib

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) ölkənin Mardin vilayətinin Nisaybin rayonunda keçirdiyi antiterror əməliyyatları zamanı 5 əsgər şəhid olub.
Trend-in məlumatına görə, əsgərlər PKK terrorçularının əvvəlcədən yola basdırdıqları bombanın partlaması nəticəsində həlak olublar. Nəticədə yaralanan digər 4 əsgər və bir nəfər polis əməkdaşı xəstəxanaya yerləşdirilib.