Türkiyə onu tüpürcəyi ilə boğdu – “PKK Türkiyəni tüpürcəyi ilə boğar” deyən HDP-çi Zeydan da həbs olundu

 
Türkiyədə terror cinayətləri ilə bağlı istintaq çərçivəsində saxlanılan PKK-nın siyasi qolu HDP-dən Hakkari  deputatı  Abdullah Zeydan da həbs olunub.
Avropa.info xəbər verir ki, Hakkari  məhkəməsi Zeydanın həbsinə qərar verib.
Abdullah Zeydan hakkında hazırlanan istintaq səbədlərində, onun PKK  terror təşkilatının təbliğatını apardığı, Türkiyə ordusunun  PKK-ya  qarşı həyata keçirdiyi  hava əməliyyatlarına etiraz olaraq HDP-nin keçirdiyi  aksiyada  “PKK-nın elə bir gücü var ki, sizi tüpürcəyi  ilə  boğar” dediyi öz əksini tapıb.