Türkiyə o gecə 240 şəhid verdi

 
Türkiyədə 15 iyul gecəsi həyata keçirilən uğursuz hərbi çevriliş cəhdi zamanı 240 nəfər şəhid olub.
 
Axar.az xəbər verir ki, FETO şəbəkəsinin yaratdığı iğtişaşlar nəticəsində 173 mülki vətəndaş, 62 polis və 5 hərbçi həlak olub.
 
Məlumata görə, qiyam gecəsi polislərdən 55-i Ankara, 5-i İstanbul, 2-si Muğlada, hərbçilərdən 4-ü Ankara, 1-i İstanbulda, mülki şəxslərdən isə 78-i Ankara, 94-ü İstanbul, 1-i Malatyada qiyamın qurbanı olublar.
 
Çevriliş cəhdi zamanı ümumilikdə 535 insanın yaralandığı bildirilib.
 
Hadisələrdən dərhal sonra isə 210 təhlükəsizlik əməkdaşı, 6 min 319 hərbçi, 481 hakim-prokuror və 650 mülki şəxs olmaqla ümumilikdə 8 min 600 nəfər saxlanılıb.
 
Son məlumata görə, 990 nəfər həbs edilib.