Türkiyə: 'NATO-nun haqqı yoxdur ki...'

 
NATO-nun bizim kiminlə münasibət qurmalı olduğumuzu deməyə haqqı yoxdur.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım söyləyib.
 
Onun sözlərinə görə, Türkiyə müstəqil ölkədir və istənilən dövlətlə öz xarici əlaqələrini qura bilər.
 
Qeyd edək ki, bundan öncə NATO Türkiyənin Alyansdan çıxmayacağı ilə bağlı bəyanat yayıb.