Türkiyə mətbuatı: Azərbaycanda dollar qıtlığı yaşanır

 
Ölkə.Az xəbər verir ki, bu barədə Türkiyənin tanınmış «Sözçü» qəzeti məqalə dərc edib. Həmin məqalənin tərcüməsini olduğu kimi təqdim edirik:
 
Qardaş ölkə olan Azərbaycanda dollar qıtlığı yaşanır. Milli valyuta olan manatın dəyərinin yüksəldilməsi üçün dövlət səfərbər olub. Banklar dollarla olan əməliyyatlara ya limit qoyub, ya da tamamilə dondurub. Bu vəziyyəti bir sahibkar bu şəkildə şərh edir: Son dörd gündə ehtiyacım olan 500 ABŞ dolları tapıb dəyişə bilmirəm.
 
Azərbaycan iqtisadiyyatı neft qiymətlərinin ucuzlaşmasından sonra çətin günlər yaşayır. Keçmiş sovetlər birliyindən ayrılan ölkələr arasında ən çox milli valyutası dəyər itirən ölkə Tacikistandan sonra Azərbaycan oldu. Ölkədə ötən il ərzində iki devalvasiya həyata keçirildikdən sonra bu günlərdə ən böyük banklar dollarla edilən əməliyyatlara 100-500 dollar arası limit qoydu.
 
Azərbaycandakı bank sisteminə nəzarət edən Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı «Bloomberg» üçün verdiyi açıqlamada bildirmişdi ki, onlar bankların dollar satışına qarışa bilməzlər və bu bankların qərar verəcəyi haldır. S&P-un hesabatında isə qeyd olunur ki, Azərbaycandakı təsərrüflərin 80 faizi dollar şəklində həyata keçirilir.
 
Azərbaycan manatı 2015-ci ildə dünyanın ən çox dəyərdən düşən valyutalarından biri oldu.  Bu il isə 7 faizə qədər dəyər itirib. Ötən cümə bazarda1 dollar 1.6825 manata satılıb. Azərbaycan Mərkəzi Bankı isə ötən il dollar ehtiyatının 2/3 hissəsini manatın məzənnəsini sabit saxlamaq üçün xərcləyib.
 
Sofaz adlanan rifah fondu olan banklar üçün həftədə iki dəfə olmaqla 50 milyon dollarlıq auksion yolu ilə təklif irəli sürülür və bu da bazardakı dollar tələbatını qarşılaya bilmir. Azərbaycan Mərkəzi Bankı isə bu il manata olan inamı artırmaq ümün üç dəfə faizləri yüksəltmişdi.