Türkiyə məşhur silahın istehsalına başladı -Dəqiqədə 700 atəş

Dəqiqədə 700 atəş açan Milli Piyada Tüfənginin (MPT) Türkiyədə kütləvi istehsalı başlayıb.
 
NATO-nun 42 standart testindən keçən avtomat silah üçün hazırlıqlar hələ 2009-cu ildən başlanmışdı.
 
MPT 413 adı verilən yeni nəsil tüfənglər xeyli yeniliyi ilə fərqlənir. 4.2 kiloqram ağırlığı olan silahın uzunluğu 90 santimetrdir və 7.62×51 mm çaplı patronlardan istifadə edir. Tüfəngin təsirli atış məsafəsi 600 metrdir.
 
2017-ci ilin sonuna qədər 20 min yeni tüfəng Türkiyə ordusunun invertarına daxil ediləcək.
 
Qeyd edək ki, bundan əvvəl Türkiyə ordusunun invertarında G-3 piyada tüfənglərinin əvəzlənməsi üçün MPT-76 tüfəngi yaradılıb və 200 ədədlik ilk partiyası 2014-cü ilin may ayında Quru Qoşunlarına təhvil verilib. Silah qısa zaman ərzində NATO ölkələrində məşhurlaşmışdı.(Axar.az)