​Türkiyə meydanda tək qalacaq… – Proqnoz

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına sərt reaksiya verdi, artan emosiyalar fonunda bu, gözlənilən idi.
 
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
 
O qeyd edib ki, “ərəb dövlətləri dura-dura İslam Əməkdaşlıq Təşkilatının İstanbulda təcili toplantısının çağrılmasının Türkiyəyə nə xeyri var” sualı da az aktual səslənmir:
 
“Səudiyyə Ərəbistanından səs çıxmır, bir neçə başqa ərəb ölkəsinin rəsmisi də İstanbuldakı toplantıya qatılmadı. Üstəlik Kremldən açıqlama verildi ki, Qüds məsələsində Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarından fərqli düşünür”.
 
Analitik qeyd edib ki, buna baxmayaraq, Ərdoğan islamın yaşıl bayrağını əlində möhkəm tutaraq ABŞ və İsrailə meydan oxumaq istəyir:
 
“Tamam, hər ikisi haqsızdır, ancaq siyasi hərarəti artırmağın, “Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıram” ideyasının zorla dünya dövlətlərinə qəbul etdirilməsinin yeri yoxdur. Bir az keçəcək, Türkiyə meydanda tək qalacaq, Trampın Qüds qərarı arxa plana keçəcək, ancaq Ərdoğanın sərt ritorikası unudulmayacaq”.
 
E.Şahinoğlu hesab edir ki, Ərdoğan Azərbaycanın təhlükəsizlik maraqları ilə də hesablaşmalıdır:
 
“Biz oturduğumuz yerdə İsraillə düşmən ola bilmərik. Bəli, biz İsrail-Fələstin münaqişəsi ilə bağlı BMT qətnamələrinin yerinə yetirilməsini tələb edirik, Trampın Qüds qərarını tənqid edirik, ancaq Bakı bəlli səbəblərdən (silah və neft alqı-satqısı) İsrailə qarşı ritorikasını sərtləşdirə də bilməz”.
 
Müəllif: Səxavət Həmid

Загрузка...
Загрузка...