​Türkiyə mediası Ərdoğanla İlham Əliyevin yaxınlığıdan yazdı - Qardaş səmimiyyəti

 
 
Xəbər verdiyimiz kimi, bu gün İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə görüşü keçirilib. Tədbirdə İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan səmimi münasibətləri ilə iki qardaş ölkənin düşmənlərinə mesaj veriblər.
Moderator.az xəbər verir ki, Türkiyə mediası prezidentlərin səmimiyyəti barədə geniş materiallar yayımlayıb.
Türkiyənin “Haberler.com” informasiya agentliyi yazır ki, zirvə görüşündə İlham Əliyevin və Ərdoğanın səmimiyyəti, xeyli gülüşləri hər kəsin diqqətini cəlb edib. Bu qardaş səmimiyyəti fotoaparatların yaddaşına köçürülüb.

Загрузка...
Загрузка...