Türkiyə Klintona qələbə qazandıracaq – BÖYÜK HÜCUM

 
İŞİD terror təşkilatının əlində olan Rakka (Suriya) və Mosul (İraq) şəhərlərinin azad edilməsi üçün keçiriləcək əməliyyatın tarixi müəyyən edilib.
 
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat oktyabr ayında başlanacaq.
 
ABŞ prezidenti Barak Obama Demokratlar Partiyasından ABŞ prezidentliyə namizəd, keçmiş dövlət katibi Hillari Klintonun qələbə qazanmasını istəyir. Rakka və Mosul əməliyyatı üçün razılaşdırılan tarix isə oktyabr ayının ortalarıdır. Yəni, seçkidən az əvvəl.
 
Əməliyat çərçivəsində Azad Suriya Ordusu qurudan hərəkət edəcək, Türkiyə və ABŞ isə havadan dəstək verəcək. ABŞ Mosul və Rakka əməliyyatları üçün YPG-dən (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı – red.) istifadə etməyi düşünür. Türkiyə isə Azad Suriya Ordusunun kifayət edəcəyini bildirir.
 
BMT Baş Assambleyasının 71-ci sessiyasından qayıdan zaman təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rakka əməliyyatı üçün ABŞ-a hərbi təklif təqdim etdiyini açıqlamışdı.