Türkiyə İsrail və Rusiya ilə bağlı iki mühüm addım atdı

Türkiyə İsrail və Rusiya ilə münasibətlərini normallaşdırmaq üçün iki mühüm addım atdı.
 Axar.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Qalının "Deyli Səhər" qəzeti üçün qələmə aldığı məqalədə bildirilib.
 Qalın İsrail və Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların Türkiyənin xarici siyasəti, eləcə də regionda sülh və sabitliyin təmini üçün mühüm nəticələri olacağını yazıb.
 Prezident sözçüsünün "İsrail və Rusiya ilə münasibətlərin normallaşması: Əsas ünsürlər" başlığı altında yayımlanan məqaləsində qeyd edilib:
 "Bu iki tarixi addımın Fələstin və Suriya kimi iki xroniki problemin həll edilməsi ilə yanaşı, İŞİD və PKK terroru ilə mübarizəyə də yardım etmə potensialı var".