Türkiyə, İran və İraq Bərzaninin "can damarı"nı kəsəcək...- 4 istiqamətdə

 
 
İraq Kürd Regional Rəhbərliyinin Bağdadın çağırışına baxmayaraq geri qaytarmadığı sərhəd qapılarına müdaxilə başlayır. Bağdad rəhbərliyi, İran və Türkiyə ilə koordinasiyalı bir şəkildə Bərzani bölgəsinə açılan sərhəd qapılarının idarəsini almağı planladıqlarını açıqladı.
 
İraq, saxta referendum qərarının ardından ilk olaraq qonşuları İran və Türkiyədən sərhəddə hərbi təlimləri başlatmalarını istəmişdi. İraq Baş qərargah rəisi Osman Qəniminin ziyarətinin ardından Türkiyədəki manevrə təlimlərinə İraqdan xüsusi qüvvələr zabitlərinin qatılması qərara alınmışdı. Eyni qərar, Qəniminin İrana səfəri sonrası da qəbul edildi. İraq və İran əsgərləri, İranın İraq Kürd Regional Rəhbərliyi bölgəsinə açılan sərhəd qapıları ətrafında birgə təlimlər keçirdilər. Erbilə böyük gəlir mənbəyi olan 4 qapıya nəzarət tezliklə hərbi əməliyyatlarla dəyişəcək.
 
Türkiyə və İranın dəstəyi ilə sərhəd qapıları üçün həyata keçiriləcək əməliyyatlar ümumilikdə 4 qapını əhatə edir. Şırnak-Silopidəki Habur Sərhəd keçid məntəqəsində İraq əsgərləri Türk əsgərlərinin dəstəyi ilə nəzarəti təhvil alacaq. Normalda Habur məntəqəsindən ticarət yolu Şimali İraq üzərindən keçərək Bağdada çatır, bu səbəblə yolun da dəyişdirilməsi gündəmdədir. Planlaşdırılan marşrutlar arasında, Zaho, Zumar və Başika vasitəsilə Musulu birləşdirmək planı var. Yolun dövrəyə girməsindən sonra Başikadaki Türk əsgərinin ticarət yolunun təhlükəsizliyinin təmin edilməsində dövrəyə girə biləcəyi ifadə edilir.
 
İranda isə 3 sərhəd qapısı İraq Kürd Regional Rəhbərliyinin nəzarəti altındadır: Şimalda Erbilə bağlı Çoman mahalında Hacı Omeran-Temerçin Sərhəd Qapısı, şərqdə Süleymaniyəyə bağlı Penciven qəzasında Başmak Sərhəd Qapısı və Kelar mahalında isə Peravizhan Sərhəd Qapısı. Yaxında başlayacaq əməliyyatlarla birlikdə buralarda nəzarət, İraqlı zabitlər tərəfindən İran hərbi dəstəyi ilə kürdlərin nəzarətindən alınacaq. Ticarət yollarının təhlükəsizliyinin də İraq əsgəriylə təmin edilməsi gözlənilərkən, lazım olduğunda burada da Türkiyə və İranın dövrəyə girə biləcəyi ifadə edilir. Sərhəd qapılarına nəzarətin Bağdada verilməsiylə birlikdə Erbil, əhəmiyyətli bir gəlir mənbəyindən də məhrum qalmış olacaq.
 
İraq ordusunun Türk hərbi birliyi ilə həyata keçirdiyi təlimdə, sərhəd qapılarına müdaxilə ssenarisi mənimsənildi. Bu istiqamətdə, ilk addımın Haburda atılması gözlənilir. Habur Sərhəd qapısının mərkəzi hökumətin idarəsinə alınmasını nəzərdə tutan müdaxilənin də təlimlərə qatılan zabitlər tərəfindən həyata keçirilməsi planlaşdırılır.

Загрузка...
Загрузка...