Türkiyə İncirlik bazasını Rusiyaya verir

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyanın İncirlik hərbi bazasından istifadə edəcəyini açıqlayıb.
 Axar.az xəbər verir ki, nazir İŞİD-ə qarşı əməliyyatlarda Rusiya ilə birgə hərbi əməliyyatları da istisna etməyib:
 “İŞİD-ə qarşı hər kəslə əməkdaşlığa hazırıq. İncirlik bazası terror qruplaşmasına qarşı mübarizə aparmaq istəyənlərə açıqdır. Rusiya ilə bu əməkdaşlıq niyə də olmasın? Bu terror təşkilatı hamımızın düşmənidir. Bu mövzuda Sergey Lavrovun da söylədiyi kimi razılıq əldə olunub”.