Türkiyə ilə Rusiya Avropa çempionatından uzaqlaşdırıldı

Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası (FİBA) Rusiya ilə Türkiyə yığmasını Avropa çempionatından kənarlaşdırıb.  ANS PRESS-in məlumnatına görə, qurum daha 12 öllkəni çempionatdan uzaqlaşdırıb. FIBA-nın mətbuat katibi Sakis Kontos xəbəri təstiqləyib.
“Hələlik ancaq kişilərdən ibarət yığma komandaları kənarlaşdırıb. 14 komanda diskvalifikasiya olunub. Bunlar Rusiya, Serbiya, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Monteneqro, İspaniya, Türkiyə, Litva, Yunanıstan, İtaliya, İsrail, Makedoniya və Polşadır”. Bu ölkələr 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından da iştirak etməyəcək. 
14 yığmanın Avropa çempionatında kənarlaşdırmasının səbəbi isə ölkələrin klubları Avropa Basketbol Liqaları Birliyinin (ULEB) keçirdiyi Avroliqa və Avropa Kuboku turnirlərində iştirak etmələri olub.  FİBA onların öz bayrağı altında keçirilən Çempionlar Liqasına qatılmalarını istəyir.
Beynəlxalq turnir avropalı kişilər arasında keçirilir. FİBA-nın bayrağı altında çempionat ildə 2 dəfə keçirilir. Çempionat ilk dəfə 1935 ildə İsveçrədə keçirilib. Avropa çempionatında ən çox qalib gələn ölkə SSRİ olub – 14 dəfə. Turnirin son qalibi İspaniya yığmasısıdr.