​Türkiyə ilə 63 ölkənin MÜHARİBƏSİ, Amerikanın Qarabağ SİRRİ VƏ ...

 
 
Ermənistan prezidenti Serj Sarkisyanın Rusiya mediasına münasibəti ölkəsində ciddi tənqidlə qarşılanıb.“Stratfor” analitik mərkəzi hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsində güzəştlərə gedə bilər. Suriya cəbhəsində hadisələr getdikcə təhlükəli hal almağa başlayıb. Türkiyəyə qarşı böyük ittifaq qurulub. Saakaşvili Gürcüstana ekstradisiya oluna bilər.
Ermənistanın “armenianreport” saytının yazdığına görə, Sarkisyan apreldə Qarabağı qaytarmağa hazır idi. “Serj Sarkisyan “aprel müharibəsi” zamanı ərazilərin qaytarılmasına hazır idi. Hətta o, bütünlüklə Qarabağı qaytara da bilərdi”, - saytı yazıb.
Yazının müəllifi Ermənistan prezidentini tənqid edərək, onu qorxaqlıqda ittiham edib. Bildirib ki, apreldə baş verən döyüş zamanı Azərbaycan Ordusu onun gözlərini qorxutmuşdu: “Və o, əraziləri Azərbaycana qaytarırdı. Son anda daxildəki qüvvələr buna imkan vermədilər. Lakin görünür bu, gec, ya da tez baş verəcək”.
Amerika kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” analitik mərkəzi hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsində güzəştlərə gedə bilər.
Mərkəz qeyd edir ki, buna səbəb Rusiyanın Qərb sanksiyalarına görə qarşılaşdığı ciddi iqtisadi problemlərdir: “Moskva Dağlıq Qarabağ, Cənubi Osetiya, Dnestryanı, o cümlədən mümkündür ki, Ukrayna münaqişələrində taktiki güzəştlərə gedərək, çiyinlərindəki yükü azaltmaq istəyir. Lakin bu, Moskvanın öz siyasətindən tamamilə əl çəkdiyi demək deyil”.
 
“Stratfor” adıçəkilən münaqişələr haqqında ayrılıqda məlumat verib və qeyd edib ki, Rusiya onlar vasitəsilə təsir imkanlarını saxlayır.
 
Gürcüstanın “Rezonans” qəzetinə müsahibəsində gürcü hərbi ekspert İrakli Aladaşvilinin sözlərinə görə, “İsgəndər” raketlərinin Ermənistanda yerləşdirilməsi Gürcüstan üçün təhdiddir. O, Gürcüstan faktiki olaraq Rusiya tərəfindən mühasirəyə alındığını deyib.
Türkiyəyə qarşı 63 ölkə ittifaq qurdu – BÖYÜK MÜHARİBƏ
Suriya cəbhəsində vəziyyət getdikcə pisləşir. Hadisələr ölkədə maraqlı olan qüvvələrin genişmiqyaslı toqquşmasına doğru gedir.
“Hürriyyət” nəşri türk hərbi mənbələrinə istinadən bildirir ki, ABŞ rəhbərliyi “YPG Münbiçdən çəkiləcək” bəyanatları həqiqəti əks etdirmir.
YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.) əksinə, Münbicin qərbindəki səkkiz kəndi İŞİD-dən alaraq strateji Əl-Baba doğru həm şərq, həm də qərb istiqamətindən irəliləyir. Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) isə Əl-Babın mərkəzinə 2 kilometrə qədər yaxınlaşıb.
Eyni zamanda, Dəməşq rejimi də Əl-Babı ələ keçirməyi planlaşdırır. Məhz bu səbəbdən Türkiyə qırıcılarının Suriyanın şimalında hava əməliyyatları həyata keçirməsinə mane olur.
Türkiyənin “Star” nəşrinin yazdığına görə, Əl-Baba yaxınlaşan ASO-nun qarşısını almaq üçün İŞİD, PYD, “Hizbullah”, Dəməşq və ABŞ ittifaq qurub.
 
NATO-ya ZƏRBƏ: Türkiyə S-400 alır
Türkiyə S-400 böyük və orta mənzilli zenit-raket sistemlərinin alınması haqqında Rusiya ilə danışıqlar aparır.Bu haqda ölkənin müdafiə naziri Fikri İşık bildirib.
“Rusiyanın mövqeyi bu məsələdə müsbətdir. Ümid edirik ki, NATO-ya üzv ölkələr buna ciddi yanaşacaq və müdafiə sistemimiz ittifaqın tələblərinə uyğun olacaq. Amma biz heç bir halda Rusiyanın təklifini rədd etmirik. Bizim son məqsədimiz bu sistemləri Türkiyədə istehsal etməkdir”, - müdafiə naziri NTV telekanalının efirində deyib.
Türkiyə ilk dəfə S-400 raket kompleksləri ilə 2009-cu ildə maraqlanıb.
Ankarada 2015-ci ilin sonunda bildirdilər ki, Fransa və İtaliyanın birgə istehsalı olan SAMP-T zenit-raket kompleksi almaq niyyətindədir. Ancaq S-400-ün analoqu olduğu deyilən kompleksin alınması barədə razılaşma əldə etmək mümkün olmayıb.
Türkiyə Pakistandan Şahin-III nüvə raketi ala bilər. Türkiyə mediasının yazdığına görə, ölkə prezident Rəcəb Tayyib Ərdoğanın Pakistan səfəri zamanı bu məsələ müzakirə olunub.
Qeyd edək ki, Şahin III raketləri Hindistanın Agni-III raketlərinə cavab olaraq yaradılıb və ötən ilin martında uğurla sınaqdan keçirilib. Pakistanın bu raketinin hədəf məsafəsi 2750 kilometrdir. Bu isə o deməkdir ki, sözügedən raket Hindistanı, Orta Şərqi, Şimali Afrikanı və Cənubi Afrikanı rahatlıqlar vura bilər.
Putin və Trampa XƏBƏRDARLIQ: “Bu, faciəli addım olacaq”
Səudiyyə Ərəbistanı Donald Trampın hakimiyyətə gəlməsindən sonra Suriya üzrə mümkün ABŞ-Rusiya razılaşmasından narahatdır. Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat şefi şahzadə Türki Faysal əl-Səud Suriya üzrə mümkün razılaşma ilə bağlı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq edib.
“Əgər Donald Tramp Suriya üzrə Rusiya və İranla saziş bağlamağa qərar verərsə, bu, ən faciəli addım olacaq. Biz İranla sazişin bağlanması anından Suriyaya İran əsgərlərinin kütləvi axınını gördük. Bu, kütləvi ölümlərə gətirib çıxardı”, - şahzadə deyib.
O, Trampı prezident vəzifəsinin icrasına kimi “əsas terrorçu”nu – Suriya lideri Bəşər Əsədi dayandırmaq üçün Yaxın Şərqdə Amerikanın dostları ilə görüşməyə və onlara kömək etməyə çağırıb.
Ukrayna məsələsi heç şübhəsiz ki, Tramp üçün prezidentliyi dövründə ən ağrılı məsələlərdən olacaq.ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa ABŞ-ın Ukrayna barəsində hərəkətlərinin plan-strategiyası təklif edilib.
Beynəlxalq hüquq mütəxəssisləri Ceffri Berta, Ceyms Qitç, Piter Pettibon və Tomas Şillinqlou tərəfindən “The National Interest” nəşrində dərc edilən plan Donbas və Krımın statusu probleminin həlli, həmçinin Ukraynanın iqtisadi bərpasının təminatı üçün maliyyə yardımı paketini nəzərdə tutur və üç addımdan ibarətdir.
 
 
Donald Trampın prezident seçilməsindən sonra Rusiya və ABŞ arasında münasibətlərin normallaşağına dair fikirlər çoxalıb. Lakin bunun əksini düşünənlər də var.
ABŞ-ın “Foreign Policy” nəşri yazıb ki, Üçüncü Dünya Müharibəsi Latviyadan başlana bilər.Nəşr hazırda Rusiya üçün “soyuq müharibə”dən sonra ən əlverişli şəraitin yarandığı qənaətindədir.
 
ABŞ və Avropa İttifaqının 5 ölkəsinin liderləri Rusiyaya qarşı ortaq mövqe ifadə ediblər.
ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, İtaliyanın baş naziri Matteo Rensi, İspaniyanın baş naziri Mariano Rahoy Brey və Böyük Britaniyanın baş naziri Tereza Mey Rusiyaya qarşı sanksiyaların saxlanılması barədə razılaşıblar.
Liderlər razılaşıblar ki, sanksiyalar Minsk razılaşmalarının icrasına qədər saxlanılmalıdır. Onlar həmçinin Şimali Atlantika İttifaqının (NATO) gücləndirilməsi barədə razılaşıblar. Görüş ABŞ prezidenti postunda Barak Obamanın Avropaya son rəsmi səfəri zamanı keçirilib.
Daha əvvəl Avropa liderləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın seçki kampaniyası zamanı səsləndirdiyi bəyanatlardan narahatlığını ifadə ediblər. Trampın sözlərinə görə, NATO bir ittifaq kimi köhnəlib. O, Rusiyaya qarşı sanksiyaların ləğvi və Krımın Rusiya tərəfindən zəbtinin tanınması məsələsinə baxmağa hazır olduğunu bildirib.
Dəmirtaşla Gülənin birgə dövlət çevrilişi planları ortaya çıxdı - ŞOK FAKTLAR
Xalqların Demokratik Partiyasının (HDP) başqanı, kürdlərin lider olaraq qəbul etdiyi Səlahəddin Dəmirtaşın Fətullah Gülənlə birgə dövlət çevrilişi planları ortaya çıxıb.
Bu barədə məlumat Türkiyə xüsusi xidmət orqanlarının hazırladığı hesabatda yer alıb.
 
 
Saakaşvili Gürcüstana ekstradisiya olunur – MƏNBƏ
Ukrayna Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini Tiflisə verə bilər.
Bu haqda Ukrayna prezident administrasiyasındakı mənbələrə istinadən “Ukraynskaya Pravda” internet-nəşri bildirib.
Mənbələrin sözlərinə görə, Saakaşvilini Ukrayna vətəndaşlıqlarını məhrum edə bilmirlər və buna görə də onu ölkədən qovmaq üçün gürcü tərəfinin ekstradisiya haqqında sorğusuna baxılır.
Qeyd edək ki, daha əvvəl Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonun onu məhkəmə vasitəsilə Ukrayna vətəndaşlığından məhrum etmək fikrində olduğunu yazıb.
“Üçüncü Maydan Ukraynanı daha dörd regiondan məhrum edə bilər”. Bu xəbərdarlıqla Ukraynanın Radikal Partiyasının lideri Oleq Lyaşko çıxış edib.
Onun sözlərinə görə, bunlar Çernovtsı, Zakarpatye, Xarkov və Odessa vilayətləridir. “Biz artıq Donbas və Krımı itirdik. Sabah Rumıniya Çernovtsını, Macarıstan Zakarpatyeni alacaq. Xarkov harada olacaq, Odessa harada olacaq?” – siyasətçi deyib.
Oleq Lyaşko bildirib ki, Üçüncü Maydanın arxasında “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko dayanır. Lyaşko vurğulayıb ki, Timoşenko hakimiyyəti Ukraynanın dağılmasının nəticəsi olaraq tutmaq niyyətindədir.
Dünən isə Lyaşko Yuliya Timoşenkonun Ukrayna vətəndaşlığından məhrum edilməsi üçün prezident Pyotr Poroşenkoya müraciət edib.