“Türkiyə hücum edərsə..” - Terror təşkilatının lideri Putinə YALVARDI

PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin liderlərindən biri Murat Karayılan Rusiya prezidenti Vladimir Putindən kömək istəyib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, təşkilatın mediasına danışan Karayılan Afrin əməliyyatı keçirməməsi üçün onu Türkiyəyə təsir etməyə çağırıb.
“Türkiyə Afrinə hücum edərsə, bunu Rusiyanın hücumu kimi qiymətləndirəcəyik. Ümid edirəm ki, cənab Putin bu əməliyyatın iştirakçısı olmayacaq. Bu, Rusiya rəhbərliyindən gözləntimizdir”, - o deyib.
 
 
Türkiyənin “Axşam” nəşrinin yazdığına görə, prezident Rəcəb Tayyib Ərdoğanın “bir gecə qəfil gələ bilərik” sözləri ilə xəbərdarlığını etdiyi Afrin əməliyyatı hər an başlaya bilər.
Məlumata görə, İdlibdə 3-cü müşahidə məntəqəsini yaratmaq üçün Suriyaya daxil olan Türkiyə ordusunun bir hissəsi Afrinə istiqamətlənib. Türkiyənin Suriyanın şimalında apardığı əməliyyatların əsas məqsədi PYD-nin “terror dəhlizi” adlandırılan dəhlizlə Aralıq dənizinə çıxmasına mane olmaqdır.
Ömər

Загрузка...
Загрузка...