Türkiyə hərbçiləri Yunanıstana gedir - Təcili

Türkiyə Silahlı Qüvvələrindən bir qrup nümayəndə Yunanıstana gedir.
 Axar.az xəbər verir ki, TSQ nümayəndələri 8 hərbçini Yunanıstandan təhvil alacaq.
 Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edən 8 yüksək rütbəli hərbçi “Sikorski” helikopterilə Yunanıstanın Dədəağac şəhərinə qaçıb.
 Yunanıstan Xarici İşlər naziri Nikos Koçias ən qısa zamanda 8 xainin Türkiyəyə təhvil veriləcəyini bildirib.