​TÜRKİYƏ HƏR AN “AFRİN ƏMƏLİYYATI”NA BAŞLAYA BİLƏR - Müxalifət də bu əməliyyat üçün hazır vəziyyətdə gözləyir

Baxış sayı: 
240

Hasan Kırmızıtaş və Murat Varol (DHA)
 
“Milliyet”, Türkiyə
 
Suriyadaxili müharibənin ardından Kilisin qarşısındakı Hələb şəhərinə bağlı olan Azez rayonunun nəzarəti rejimdən Azad Suriya Ordusu (ASO) qüvvələrinin nəzarətinə keçib. Ancaq zaman içərisində Türkiyəyə açılan “Bab əs-Səlamə” sərhəd qapısını əlində tutmaq istəyənlər üçün həlledici önəm daşıyan Azez, nəzarəti təmin etmək üçün ASO daxilindəki qruplaşmalarla birlikdə İŞİD və PYD-nin xəyallarını bəzəyib. “Bab əs-Səlamə” sərhəd qapısının nəzarətini ASO-ya bağlı olan qruplar əlində saxlayıb və ötən oktyabr ayında burada nəzarəti müvəqqəti hökumətə təhvil verib. Sərhəd qapısında yaşananların əksinə, Azez rayon mərkəzi isə bir müddət terror təşkilatı İŞİD-in nəzarətinə girsə də, ümumiyyətlə, ASO-nun əlində qalıb.
 
“Fərat qalxanı” ilə İŞİD geri püskürdüldü
 
Terror təşkilatı PKK-nın Suriya uzantısı olan PYD-nin Fərat çayının şərqində qalan Türkiyə sərhəddində nəzarəti təmin edərək, ölkənin şimalındakı Cerablus və Azezi də ələ keçirərək, Afrinə qədər uzanan dəhlizi ələ keçirmək istədiyi məlum idi. Bu arada, Azez ilə Cerablus arasındakı bölgədə nəzarəti əlində saxlayan terror təşkilatı İŞİD-in sərhəd xəttindəki Qaziantəp və Kilisə yönəlik hücumlarına cavab olaraq, Türkiyə keçən ilin avqust ayında “Fərat qalxanı” əməliyyatını başladı. Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən dəstəklənən ASO gücləri, Cerablus ilə Azez arasındakı xətdə olan İŞİD-li terroristləri təmizləyərək, bölgəni təhlükəsiz hala gətirdi. Türkiyənin bu həmləsi nəticəsində həm bölgə təhlükəsiz hala gəldi, həm də PYD-nin sərhəd xəttində kontonları birləşdirərək, ölkənin şimalındakı xətti əlində tutma xəyalı sona çatdı.
 
TSQ-nin bölgəni təhlükəsiz hala gətirməsindən sonra Azezə qonşu olan, PYD nəzarətindəki Afrində olan terroristlər həm Türkiyəyə, həm də Azez bölgəsindəki ASO gücləri ilə sivillərə yönəlik atışlara başladı.PYD-nin bölgədəki varlığının təhdid yaratmasına qarşı olaraq, Türkiyə Afrinə yönəlik əməliyyat keçiriləcəyinin siqnalını verdi. Sərhəd xəttində təhlükəsizlik tədbirləri alan TSQ, eyni zamanda“Fərat qalxanı” hərəkatı ilə təhlükəsiz hala gətirilən Suriya daxilndə də önləyici tədbirlər aldı.
 
 
 
Azezdə müxalifətçilər əməliyyata hazırdırlar
 
Gözlənilən əməliyyatın gündəmə gəlməsindən sonra gözlərin çevrildiyi Afrinə ən yaxın nöqtədə olan Azezdə ASO tərkibində fəaliyyət göstərən müxalif qruplar da hərəkətə keçib. “Doğan Haber Ajansı” (DHA) heyəti sərhədi keçərək, Azezdə müxalifətçilərin mümkün əməliyyata yönəlik hazırlıqlarının çəkilişini aparıb. Azez ilə Afrin və Hələb arasındakı nəqliyyat əlaqəsinin təmin edildiyi quru yolunun nəqliyyata başlandığı bölgədə ASO tərkibində olan “Ceyşel Şamel” və “Cephet əl Şamiyə” başda olmaqla, müxtəlif qruplar ehtiyat tədbirləri alıb.
 
 
 
Davamlı olaraq növbədədirlər
 
Azez şəhərində nəzarəti əlində saxlayan müxalifətçilər Afrin sərhəddində sədlər və nəzarət məntəqələri yaradıb. Azez ilə Afrin arasındakı bölgədə üzərinə ağır silahların quraşdırıldığı maşınların və minaatanların olduğu nöqtələr yaradan müxalifətçilər, mümkün hücumlara qarşı, əlləri tətikdə növbə tuturlar. ASO tərkibindəki müxalifətçilər, bəzi nöqtələrdə bir neçə yüz metr uzaqda olan PYD-li terroristləri də davamlı olaraq dürbinlərlə müşahidə edərək, hər hərəkətlərini addım-addım izləyirlər.
 
PYD bölgəsində Rusiya bayrağı
 
Türkiyənin ehtimal olunan əməliyyatının keçirilməsinin gözlənildiyi Afrinin cənubundakı Maranaz bölgəsindəki bəzi binaların damında isə Rusiya bayrağının asıldığı görülüb. Rusiya prezidenti Putinin hərbçilərini Suriyadan çıxarma qərarı aldığını açıqlamasına baxmayaraq, Azez tərəfdən baxanda bu bayraqlar adi gözlə belə görünür. PYD-li terroristlərin Afrin ətrafında keçirilməsi gözlənilən bir əməliyyata görə xəndəklər qazdığı və ASO qüvvələrinin olduğu bölgəyə doğru ara-sıra atəş açdığı bildirilir.
 
PYD-nin atəşlərinə anında cavab verilir
 
DHA heyətinin çəkiliş apardığı müxalifətçilərin nəzarət nöqtəsinə Afrin bölgəsindəki PYD-li terroristlər atəş açıblar. Nəzarət nöqtəsində olan “Ceyşel Şamel” qrupunun üzvləri açılan atəşə anında ağır silahlarla cavab verib. Atəşin açıldığı bölgədə olan PYD-lilər müxalifət tərəfindən “Nöqtə” və avtomatik silahlarla atəş altına alınıb.
 
“TSQ-nin keçirəcəyi əməliyyata lazım olan dəstəyi verəcəyik”
 
“İsti anlar”ın yaşandığı nəzarət nöqtələrində olan müxalifətçilər, TSQ-nin Afrinə yönəlik gözlənilən əməliyyatına dəstək verərək, bölgəni terrorçulardan təmizləməyə hazır olduqlarını bildiriblər. “Fərat qalxanı” hərəkatına qatılan qruplar arasında yer alan “Ceyşel Şamel” qrupunun vəzifəli şəxslərindən biri olan Əsəd Dennun, terrorçuların Türkiyə ilə bərabər, onlar üçün də təhdid olduğunu söyləyib. Azez və ətrafının təhlükəsiz hala gəlməsini arzuladıqlarını bildirən Dennun, bunun üçün, Türkiyənin qərarına uyğun olaraq, gözlənilən əməliyyata hər cür dəstəyi verəcəklərini ifadə edib.
 
Hazırda Afrin sərhəddinə yaxın nöqtədə, digər ASO qrupları kimi, özlərinin də nəzarət nöqtələri quraraq, PYD-li terrorçuların hücumlarını əngəllədiklərini anladan Dennun deyib: "Bizim istədiyimiz bir an öncə şəhərimizin və ətrafının terrorçulardan təmizlənərək, tam mənası ilə təhlükəsiz olmasıdır. Bunun üçün də nə lazımdırsa, etməyə hazırıq. “Fərat qalxanı” hərəkatı ilə Cerablus və Azez arasındakı bölgə təhlükəsiz hala gəlib. Biz bu təhlükəsiz bölgənin daha da genişlənməsi üçün Türkiyənin alacağı hər cür qərara əməl edərək, dəstək verəcəyik”.
 
Tərcümə Strateq.az-ındır

Загрузка...
Загрузка...