Türkiyə erməni iddiaları ilə bağlı qərarı geri qaytardı

Türkiyə Avropa Parlamentinin erməni iddiaları ilə bağlı qəbul etdiyi sənədi geri qaytarıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, apreldə 375 səslə qəbul edilmiş qərar dünən Türkiyənin Avropa İttifaqı Daimi Nümayəndəliyinə göndərilib.
Türkiyə Nümayəndəliyi sənədi geri qaytarıb. Səbəb sənəddə 1915-ci hadisələri ilə bağlı erməni iddialarını soyqırımı kimi tanımağa çağıran ifadələrin işlədilməsidir.
Avropa İttifaqının Türkiyə üzrə sabiq naziri Volkan Bozkır bildirib ki, hökumət 1915-ci il hadisələrini "soyqırım" kimi təqdim edən bu qərarı tanımayacaq: “Sənədi geri göndərərək dediyimizi etdik. Bu il də təəssüf ki, Avropa Parlamenti Türkiyəyə eyni adla bu qərarı göndərir. Bu qərarı yenə də  etibarsız sayırıq.”