Türkiyə: “Dünya bizim öndərliyimizi gözləyir”

Bütün dünya bizim öndərliyimizi gözləyir.
Axar.az xəbər verir ki, bunu Bursada əhali qarşısında çıxışı zamanı Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman söyləyib. Onun sözlərinə görə, Türkiyə təkcə indiki sərhədlərindən ibarət deyil:
“Türkiyə böyük bir missiyaya sahibdir. Bizim siyasi sərhədlərimizlə bərabər, könül coğrafiyamız da var. Bütün dünya bizim öndərliyimizi gözləyir. Xaricdə bizi addım-addım izləyirlər. Türkiyə inkişaf etdikcə bəzi ölkələr də onun problemlərini artırdılar. Bəziləri çalışır ki, bizim öndərliyimizi gözləyən dünyanın ümidləri yox olsun”.