​Türkiyə Dabıkı İŞİD-dən təmizlədi - Əməliyyat

 
Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) Dabık kəndini və Soran qəsəbəsini ələ keçirib.
 
Axar.az xəbər verir ki, müxaliflər İŞİD-çilərə ağır zərbə endirərək sözügedən əraziləri alıblar.
 
Qeyd edək ki, Dabıkın ələ keçirilməsi üçün ASO bir müddətdir ki, türk ordusu ilə birgə hazırlıqlar görürdü.
 
Həmin kənd İŞİD-in təbliğat mərkəzi sayılırdı.