“Türkiyə buna icazə verməyəcək” - Ankaradan ABŞ-a SƏRT MESAJ

Baxış sayı: 
159
0  
0  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının toplantısı başa çatıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 4 saat 20 dəqiqə davam edən toplantıdan sonra yazılı açıqlama verilib.
Açıqlamada Türkiyənin sərhədlərində bir terror dəhlizi yaradılmasına və terror ordusunun qurulmasına icazə verməyəcəyi, buna qarşı lazım olan bütün addımların atılacağı bildirilir.
Bildirilir ki, NATO üzrə müttəfiqi olan bir dövlətin (ABŞ-dan söhbət gedir - red.) Türkiyənin təhlükəsizliyini nəzərə almadan terrorçuları ortaq elan edərək silahlandırılması kədərlə qarşılanıb. Həmçinin PKK/PYD-YPG terror təşkilatına verilən silah, hərbi texnika və digər hərbi məhsulların tezliklə toplanması açıqlamada vurğulanıb.
Ömər Dağlı

Загрузка...
Загрузка...