Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI (FOTOFAKT)

Şimali İraqda referendum keçirən Məsud Bərzani Qərbə sığınaraq, Türkiyəni ittiham edir. Halbuki, vaxtilə Bərzani aşirətini (tayfa) ingilislərin əlindən türklər xilas etmişdi.
 
Publika.az xəbər verir ki, Türkiyənin Baş qərargah arxivindəki 1932-ci ilə aid arxiv sənədləri 85 il sonra gün üzünə çıxıb.
 
 
I Dünya müharibəsindən sonra neftlə zəngin olan İraq ingilislərin əlində qaldı. Bərzani tayfası isə bölgədə ingilislərə qarşı vuruşan cəbhədə yer aldı. Tayfa 1931-ci ildə Böyük Zap Suyu çayının dağ sahilini 1700 peşmərgə ilə ələ keçirdi. İraqda ingilislər buna görə Bərzani qardaşlarına təzyiq etməyə başladı. Nəticədə Bərzani tayfasının liderləri olan Şeyx Əhməd, Molla Mustafa və Mehmet Sıddık qardaşları 1932-ci ildə İraqı tərk etmək məcburiyyətində qaldılar.
 
İngilislərin hücumundan qaçan Bərzani tayfası 1932-ci ilin 22 iyunda Türkiyəyə sığındı. Tayfa əlindəki silahları təhvil verərək Yüksəkovada yerləşdi. Türkiyəyə sığınan Bərzanilər 168 kişi, 156 qadın, 135 qız və 171 oğlan uşağı olmaqla 630 nəfər idi. Həmin vaxtdan başlayaraq, indiyə kimi Türkiyə Bərzanilərə dəstəyini əsirgəməyib. Bölgədə kürd xalqının rifahı üçün atılan addımlarda da həmişə Şimali İraq Kürd Muxtariyyətinin yanında olub. Lakin bütün bunlara baxmayaraq, bu gün Məsud Bərzani Qərblə birləşib bölgəni parçalamaq ssenarisində baş rolda oynayır. Bu ssenaridə Türkiyənin cənub sərhədlərində “terror dəhlizi”nin yaradılması da yer alır.
 
Asif

Загрузка...
Загрузка...