Türkiyə bayrağını endirdi, cavabını aldı - VİDEO

Almanyanın Dortmund şəhərində Dəmiryolu vağzalının binası önündə asılan Türkiyə bayrağını endirən PKK təəssübkeşi sərt şəkildə cavabını alıb.
 Teleqraf.com xəbər verir ki, Avro-2016 münasibətilə Almaniya vağzalında ucaldılan atributlar sırasında Türkiyə bayrağı da var. Amma Almaniyadakı türk düşmənləri o bayrağın dalğalanmasından narahatlıq keçirirlər. Xüsusilə də, PKK tərəfdarları bayrağı orada görmək istəmirlər. Bu günlərdə adı açıqlanmayan şəxs tərəfindən Türkiyə bayrağının endirilməsi böyük qalmaqala səbəb olub.
 Polis həbs etməzdən öncə öcalan sevdalısını türklər yaxşıca kötəkləyiblər.