Türkiyə baş nazirinin müavini terroru PKK-nın törətdiyini açıqladı

Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib ki, ötən axşam İstanbulun Beşiktaş rayonunda törədilmiş  terror aktında hədəf polis təşkilatı olub.
Virtualaz.org xəbər verir ki, N.Kurtulmuş CNN Türk kanalına müsahibəsində terror aktının PKK tərəfindən törədildiyinin əsas versiya olduğunu deyib.

“İzlər PKK-nı göstərir” – deyə N.Kurtulmuş ilkin təhqiqatların nəticəsinə əsasən bildirib.

Onun sözlərinə görə, terror hücumunda 300-400 kiloqram ağırlığında partlayıcı istifadə olunub.

Partlayış o qədər güclü olub ki, içərisində polislərin olduğu avtobus parça-parça olaraq ətrafa səpələnib, yox olub. Partlayışın episentrində dərin çuxur açılıb.

Загрузка...
Загрузка...