​Türkiyə Avropanın “ölümünə” imza atır – İLK ZƏRBƏ

 
 
Türkiyə Avropa İttifaqı ilə miqrantlara aid razılaşmasını ləğv edir.
 
Publika.az xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbələr “Habertürk”ə bildirib.
 
Rəsmi Ankara Avropa Parlamentinin Türkiyə ilə Avropa İttifaqına üzvlüklə bağlı müzakirələrin müvəqqəti dondurulmasının tövsiyə edilməsi haqqında qərarına qarşı atılacaq addımların xəritəsini hazırlayır.
 
İlk addım olaraq miqrantlarla bağlı razılaşmanı ləğv etməkdir. Razılaşma ləğv olunarsa, Türkiyə miqrantların Avropaya getməsi üçün sərhədlərini açacaq. Bunun Avropa üçün “ölüm təhlükəsi”nə bərabər olduğu hesab olunur.

Загрузка...
Загрузка...