"Türkiyə artıq müttəfiqimiz deyil" - ABŞ mətbuatı

 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra ABŞ mətbuatı İncirlik bazası haqqında yeni müzakirələrə başlayıb.
 
Bu haqda "Wall Street Journal" qəzetinin yazarlarından Steven Cook yazıb.
 
O, Türkiyə ilə ABŞ əlaqələrinin 1974-cü il Kipr və 2003-cü il İraq işğalından sonrakı ən pis dövr olduğunu vurğulayaraq, "Çevriliş cəhdində ABŞ-ı ittiham edən Türkiyənin İncirlik bazası təhdidinə qarşı ABŞ ordusu boynuna yeni missiyalar götürməlidir. Ərdoğanın ABŞ-ın hərbi bazalarına giriş cəhdinə qadağa qoymasına cavab olaraq, Kipr, İordaniya və İraqdakı Kürd bölgəsindəki hava sahələrindən istifadə edərək ehtiyatlı olmaq lazımdır" yazıb.
 
Cook müasir dövrdə ABŞ və Türkiyənin eyni dəyər və maraqları paylaşmadığını vurğulayaraq, ABŞ-ın yeni müttəfiqlər axtarışına  çıxmalı olduğunu bildirib.