Türkiyə ABŞ-la birgə hücuma keçdi

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri və türk artilleriyası İŞİD qruplaşmasına növbəti zərbə endirib.
 Axar.az Röyter-ə istinadən xəbər verir ki, Suriyanın şimalında aparılan əməliyyatlar nəticəsində 23 İŞİD yaraqlısı məhv edilib.
 Verilən məlumata görə, sözügedən əməliyyat zamanı Türkiyə qüvvələri hədəflərə 33 zərbə endirib.