Türk xalqı yenidən meydanlara axışır

 
Türkiyədə uğursuz hərbçi çevriliş cəhdi zamanı qiyamçılar tərəfindən öldürülən vətəndaşların xatirəsini yad etmək əhali yenidən Boğaziçi körpüsünə toplaşacaq.
 
Axar.az xəbər verir ki, Milli İradə Platformasının çağırışı ilə küçələrə axışacaq vətəndaşlar, Türkiyə vaxtı ilə 21:00-da Üsküdar Millət Parkında toplaşıb, Boğaziçi körpüsünə tərəf hərəkət edəcək.
 
Məlumata görə, yerli vaxtla 22:00-da körpüdə gediş-gəliş dayandırılacaq.