Türk-slavyan tandemi - tarix, zaman və gələcək - (TƏHLİL)

Avrasiyanın əzəli və ədəbi sakinləri olan türklər və slavyanlar hər zaman bu missiyanın önündə dayanmalı və bunu şərəflə inkişaf etdirməlidirlər
Avrasiya materikinin tarix boyunca aparıcı ünsürü, dominant xalqlar toplusu, mədəniyyət və coğrafi düzəni slavyan və türk topluluqlarının birgə yaşayış məkanı sayılıb. Düz beş yüz ildir ki, bu məkanda baş verən proseslər dalğavari düzənlə cərəyan etməkdədir.
Bəzən türkləri təmsil edən dövlət modelinin düzəni, bəzən də salvyanların üstün hərbi-siyasi düsturu dünyanın ən nəhəng məkanının söz sahibi olması ilə xarakterizə edilib. XVI-XVIII yüzilliklərə qədər olan sosial-ictimai, mədəni-teokratik düzəndə yaşanılan qanlı müharibələr məhz bu məcrada davam edib. Orta əsrlərin renesans çağı ilə ilk dəfə özünün yeni inkişaf doktrinasına sahib çıxan Avropa bu texnoloji inkişaf xətti ilə Şərqi Avropa siyasətində slavyan xalqlarının arasında fərqli anlayışların formalaşması üçün uzun vədəli strateji yanaşmaları tətbiq etməyə çalışdı.
Köhnəlmiş Bizans düsturu
Həmin siyasət elə bu günün özündə də davam edir. Ortaçağ Qərbi Avropa və Bizans siyasəti Avropada orta əsrlərdə yaşanılan renesansın neomüstəmləkə siyasətinə pərçimlənməsi üçün V-XI  və ya XII-XIV yüzilliklərə bağlı olan klassik təməl baxışlar, XV-XVI əsrlərə məxsus yeni düşüncə sisteminə tabe etdirilmişdir. Beləliklə də german, slavyan və türk xalqlarının ortaq hədəflərində yer alan anlayışlar tədricən öz məcrasını da dəyişməyə başladı. Artıq mərkəziyyətçi Avropa düşüncə siyasətində Qərbi Roma imperiya anlayışı tədricən dərinləşdirilirdi. Zamanla bu prosesə dəstək verməklə Fransa, İngiltərə və Almaniyanın üçlüyü sayəsində onların yedəyində yaşamaq düzənini zorla da olsa qəbul etməyə razılaşan digər Avropa dövlətləri siyasəti formalaşdırıldı. Beləliklə etnik, siyasi, iqtisadi və digər faktorlar Avropa mərkəziyyətçi siyasətinin tərkib hissəsi sayılmaqdadır. Qərbi Roma İmperiya siyasətinin gizli hədəflərindən biri də slavyan-türk xalqlarını bütün vasitələrlə üz-üzə qoymaq olub. Roma imperiyasının hədəfindəki xristian xalqlarının “barbar” (vəhşi) xalqlara qarşı aqressivlik göstərməsi siyasəti idarəolunan proseslərə çevrilmişdir. Roma məktəbi anlayşının təməlində duran kilsə ənənələri bu anlayışları körürkləyən amil kimi davranılmışdır. Qərbi Roma İmperiyasının təsiri ilə qədim german, skandinav, anqlosaks, irland və roman konsepsiyasının mahiyyəti də bundan ibarətdir.   Hətta bunun simvolları belə yaradılıb. Qərbi Roma imperiyasının ən böyük təsir vasitəsi  daim cəngavərlik romanları ilə bəzədilmişdir. XIII yüzillikdə yaşamış ingilis alimi və din xadimi Rocer Bekon yazırdı: “Qərbi Roma imperiyası siyasəti adı altında üzü Şərqə doğru aparılan xaçlı yürüşlərinin mənası xristianlığın müqəddəs dini şərtləri altında aparılan mübarizəsi hesab edilməməlidir. Bu, bizlərin müstəmləkə ilə yeni torpaqlara sahib çıxmaq, başqa xalqları özümüzə qul etməklə daha zəngin və güclü olmağımıza xidmət edən dərin bir siyasət sayılır”.
“Slavyan dövlətləri arasında isti münasibətlərin olmamasının səbəbkarı Qərbi Roma imperiyasının bu gün adını dəyişdirərək “Avropa İttifaqı” adı altında fəaliyyət göstərən qurumdur”
Dualizm və onun ideoloji aspektləri
Şərqi Avropa və Orta Doğuya sahib olmaq üçün Paris Universitetinin professoru Jan Buridian yazırdı ki: “Biz Qərbi Roma imperiyasının vahid orqanizmi olaraq, ticarət və iqtisadi sistemimizi inkişaf etdirmək, başqa regionları nəzarətimizdə saxlamaq üçün bizimlə bir sırada olmayan böyük xalqları üz-üzə qoymalı və onların qarşılıqlı şəkildə böyük itkilərə məruz qalmalarını idarə edən hədəflərlə hərəkə etməliyik”.
Beləliklə Avrasiya məkanını “Qərb” və “Şərq” anlayışlarına bölərək, slavyan, fin-uqor və türk xalqlarının arasında süni problemlərin yaradılması, hətta bu prosesin idarə edilməsi siyasətləri yaşanılıb. Bu günün şərtləri və Avrasiya ritmi Slavyan xalqları ailəsinə daxil olan rus, ukraynalı, belorus, çex, polyak, xorvat, makedon, serb, bolqar, boşnak, sloven, kaşub, serbolujiçan və çernoqorların toplam sayları 285 milyondur. Bu rəqəm Avrasiya məkanı üçün möhtəşəm göstəricidir.
“Polşa, Ukrayna, Rusiya qarşıdurmasını  yaratmaqda maraqlı olan dövlətlər, bu slavyan ölkələrini üz-üzə qoyub onların arasında düşmənçiliyi körükləmək niyyətindədirlər. Bunun ardınca türk və slavyan dünyasını bir birinə qarşı qoymaqla hər iki super gücü yox etmək planı açıq görünür”
Rusiya Federasiyası, Ukrayna, Belarus, Polşa, Çexiya, Slovakiya, Bolqarıstan, Bosniya və Hersoqovina, Makedoniya, Serbiya, Sloveniya, və Çernoqriya dövlətlərinə malik olan slavyan dövlətləri arasında isti münasibətlərin olmamasının səbəbkarı da Qərbi Roma imperiyasının bu gün adını dəyişdirərək “Avropa İttifaqı” adı altında apardığı strateji hədəflərə bağlanıb. Beləliklə tarixi kökləri, dilləri və mədəniyyətləri eyni olan bu qardaş toplumlar arasında müəyyən dərəcədə regional məhəlli xarizmaların inkişaf etdirilməsi, təriqət və məzhəb baxışlarının fərqliliyini irəli sürməklə “Avropa İttifaqı” yetərincə bütün bunlardan öz mənafeyi naminə faydalanır. Sirr deyil ki, slavyan xalqları arasında tarixdə olduğu kimi, bu gün də ən qüdrətli dövlət statusu Rusiyaya aiddir. Rusiyanın bir dövlət olaraq hegemonluq hədəflərini tamamilə yalnış istiqamətə sürükləyən və Avrasiya məkanı üçün xoş olmayan proseslərdə iştirak etməsi səbəbindən Moskva müəyyən qədər uğursuzluq sindromunu yaşamalı olur.
Regional dövlət modelindəki uzlaşmalar
Rusiya ilə eyni sırada yer almaq istəməyən digər slavyan dövlətləri və eləcə də fin-uqor ailəsinə mənsub Macarıstan, Litva, Latviya, Estoniya, Norveç, İsveç və Finlandiyanın münasibətlərinin hansı xarakter daşıması ilə müşahidə olunur. Beləliklə Avrasiya məkanının ən böyük super etnoslarından biri olan türk xalqları və onlara məxsus olan dövlətlər düzənidir. Fikrimizcə Avrasiya məkanının superetnosları qismində slavyan, fin-uqor və türk xalqları arasında qədim sacayaq mədəniyyətinin üçlü bir düzəndə inkişafının özəlliyi onun vahid coğrafi məkana bağlı olmasındadır. İndiki dönəmdə fin-uqor ailəsi başlıca iki hədəf üzərində təşəkkül tapıb. Bu, dış dövlətlər statusuna malik olan Macarıstan, Litva, Latviya, Estoniya, Norveç, İsveç və Finlandiya, eləcə də Rusiya Federasiyasının tərkibindəki Komi, Kareliya, Mordoviya, Marı El, Udmurtiya, Çuvaşıstan, Yuqra və Yamal-Nenets milli bölgələrindən ibarətdir. Beləliklə, Avrasiya məkanında orta hesabla 50 milyonluq fin-uqor toplumlarının dünyasının mənzərəsi canlanır. Bununla bərabər, Saxa (Yakutiya), Dağlıq Altay, Tuva, Xakasiya, Tatarıstan, Başkortistan milli respublikaları ilə yanaşı, qaraçay, noqay, balkar, kumık, şor, qazax, kumandi, salar, toleut, tofalar, tubalar, çulım və başqa türk toplumları olmaqla yanaşı, ayrıca müstəqil dövlətlərə malik Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın bir araya gəlməsi, buraya Türkiyə, Güney Azərbaycan türklərini də daxil etdikdə orta hesabla 300 milyonluq superetonosun varlığı ortaya çıxır. Avrasiya məkanında eyni dil və mədəniyyəti daşıyan xalqlar arasında bu gün süni şəkildə məhəlli baxışların formalaşdırılmasına cəhdlər edilsə də, bütün çabalar heç bir halda gözlənilən nəticələri verməyib. Fin-uqor xalqları arasında da ayrıntılı baxışların təzadları yox dərəcəsindədir.
Roma imperiyası siyasətinə yox deyək 
Fikrimizcə, Rusiyanın Avrasiya məkanında bizlərə təqdim olunan Qərbi Roma imperiyası və ya Avropa İttifaqı deyilən modellərin axarında deyil, tamamilə fərqli bir məcrada gərəkən addımları atması daha məqsədə uyğun olardı. Avrasiya məkanının üç super etnosu olan slavyan, fin-uqor və türk xalqlarının tarixi ənənələrinə malik mifologemlərin müasir texnologiyasının tətbiq edilməsini bu günün, yəni zamanın ritminə və dinamizminə çevirməklə bölgədə dünyanın ən üstün səviyyədə barış və istiqrarını əldə etmək mümkündür. Bu anlayışın dışında hər hansı bir inkişafın perspektivi yoxdur. Dualizm heç bir zaman dəbdən düşə bilməz. İstənilən siyasətin ardında etnomədəni düzən dayanır. Avropa bu anlayışı Qərbi Roma İmperiyası və ya Avropa Birliyi adı altında düzənləməklə özlərinin vahid etnotəhlükəsizlik sistemini qurub. Bütün bunlar azmış kimi Böyük Orta Şərq doktrinası adı altında neokolonial siyasətini belə gizlətmir. Qərbi Roma İmperiyasının coğrafi sərhədləri xaricində dünyada nələrin baş verməsi onlar üçün heç vaxt önəm daşımamışdır. Bunun tamamilə əksinə, Avropa Birliyinin sərhədləri xaricində istənilən xalqı və ya dövləti çökdürmək hədəflərini irəli sürüblər.
“Rusiyanın bütün KİV-ləri və TV kanalları səhərdən axşamacan Türkiyəni və onun vətəndaşlarını aşağılamaq və təhqir etməklə məşğuldur. Burada Rusiyada yaşayan erməni “politoloq”ları və “tarixçilər”indən məharətlə istifadə olunur. Türkiyə ilə yanaşı, Azərbaycanı da onun gözünə qatıblar”
Son illər müşahidə etdiyimiz qlobal proseslərdən biri də Qərbi Roma İmperiyasının hərbi və yeni modern müstəmləkə texnologiyalarına qarşı əsas dirənişləri Rusiya və Türkiyə fərqli forma və məzmunda aparmaqdadırlar. Ukrayna və Rusiya münasibətlərinə xələl gətirməklə rəsmi Kiyev neokolonial düzənin qlobal səviyyədə əsirinə çevrilib. Rusiya və Türkiyəni XVIII-XX yüzilliklərdə Osmanlı-Rusiya münaqişələrində olduğu kimi, bu iki super dövləti üz-üzə qoymaqla Avrasiya məkanının ən böyük gücünə çevrilməyi hədəf seçmişlər. Çünki son 20 ildə Türkiyə və Rusiyanın yaxınlaşması, dünyanın hegemon dövlətlərini və eləcə də, Amerikanı və Avropanı narahat etməkdədir. Bu güclər hər vasitə ilə Türkiyəyə radikal islam anlayışını ixrac etməklə, ölkəni əşirətçi islamçılığa yönəltməklə zəiflətmək, Rusiyaya ultramillətçilik və iqrçiliyi ixrac etməklə ölkəni tamamilə Rusiyanı dağıtmağı hədəf seçiblər. Həmçinin Polşa, Ukrayna, Rusiya qarşıdurmasını  yaratmaqda maraqlı olan dövlətlər, bu slavyan ölkələrini üz-üzə qoyub onların arasında düşmənçiliyi körükləmək niyyətindədirlər. Bunun ardınca türk və slavyan dünyasını bir birinə qarşı qoymaqla hər iki super gücü yox etmək planı açıq görünür. Beləliklə də, azından Krım sindromuna görə Rusiyanın federal dövlət subyekti türk respublikalarında fərqli həyəcanlı anlar yaşanılmaqdadır. Hətta Moskvada bu siyasəti körükləyən, ultrarus milliyyətçi düşüncəni alovlandıran və etnik kimlikləri bəlli olmayanlar sağalmaq üçün çaba göstərən qaysaqları belə qaşımaqda həvəsli addımlar atırlar. Türkiyənin Rusiya təyyarəsini vurmaqla Rəcəb Təyyib Ərdoğan nə qədər böyük səhvlərə yol versə də, bunu düşmənçilik, türkofobiya səviyyəsinə çatdırmaqda Vladimir Putun də böyük səhvə yol verdi. Halbuki, NATO üzvünün Rusiya ilə yaxınlaşması, bölgədə yeni güclü ittifaqa səbəb ola bilərdi və hələ də ola bilər. Nəzərə almaq lazımdır ki, son 20 ildə 250 mindən çox rus qadını türklərlə ailə quraraq Türkiyə vətəndaşlığını qəbul ediblər. Hər ailədə 3 uşaq olmasını nəzərə alsaq, Türkiyədə Rusiya yönlü olan insanların sayı getdikcə artmaqda olduğu halda, Rusiyada tamamilə bunun əksini görürük.
Rusiyanın rəsmi münasibəti dəyişərsə
Rusiyanın bütün KİV-ləri və TV kanalları səhərdən axşamacan Türkiyəni və onun vətəndaşlarını aşağılamaq və təhqir etməklə məşğuldur. Burada Rusiyada yaşayan erməni “politoloq”ları və “tarixçilər”indən məharətlə istifadə olunur. Türkiyə ilə yanaşı, Azərbaycanı da onun gözünə qatıblar. Halbuki, bunun tam əksini etməklə, Rusiya daha da qüdrətli dövlət ola bilərdi. Əslində  Rusiya və Türkiyəni cəhənnəmə sürükləyən, belə bir siyasətin gerçəkləşməsini neçə  illərdir gözləyən böyük dövlətlərin arzusudur. Əslində rəsmi şəkildə dilə gətirilməsə də, Qarabağı Ermənistan deyil, Rusiya işğal edib və Ermənistana calayıb. Bu savaşda ermənilər yalnız bələdçilik rolu oynayırlar. Bir də əsir götürülən dinc əhalini erməni ordusunun ixtiyarına veriblər. Çünki, ermənilər uşaq, qadın qoca tanımadan, hətta yaralı əsgərə məhəl qoymadan onlara heç bir zaman rəhm etməyən və xüsusi qəddarlıqda tarixdə ad qoyublar. Onlar açıq müharibə aparmaq qabiliyyətində olmayıblar. Onlarda yalnız terror, şantaj və yalan üzərində özlərini məzlum göstərmək anlayışı hökm sürür. Rusiya Ermənistanı müdafiə etməklə əslində Azərbaycanı və Türk dünyasını özünə qarşı qaldırır. Halbuki, bu gün Ermənistanda bir nəfər belə nəinki, azərbaycanlı, heç rus da  yoxdur. Rusiya sovet Ermənistanını yaradanda, orada ermənilərin sayı 38 faiz idisə, bu gün orada erməni əhalisnin sayı 100 faizdir. Halbuki azərbaycanlılar hər zaman ruslara tolerant yanaşıblar. Bütün bunlara baxmayaraq, nə Azərbaycan hökuməti, nə də onun vətəndaşları heç vaxt Kremlə inanmır. Fikrimizcə, yeni dünya düzəni şərtləri adı altında gündəmə gətirilən neokolonial sistemə qarşı Avrasiyanın coğrafi məkanlarının şərtləri daxilində yetərli cavabı verməyin zamanı çatmışdır.
Elmi konsepsiya və onun gerçəyi
Klassik ənənələrə bağlı dualizmin şərtlərinə zamanın modern və dinamizmini əlavə etməklə Rusiya, Orta Asiya, Qafqaz, Balkanlar, Baltikyanı, Skandinaviya və Türkiyənin uzlaşdırılmış müstəvi texnologiyasını tətbiq etmək heç bir zaman gec deyil. Bu üçlü dualizm Avrasiya məkanının sabitliyi üçün  böyük qarant daşıyır. Orta Şərqdə yaşanılan vətəndaş müharibələrinin, günahsız yerə ömürlük əlil qalan milyonlarla insanların, yer üzündən silinən iri şəhərlərin acınacaqlı taleyi Avrasiya coğrafiyası üçün bir örnəkdir. Buna görə də, Lev Qumilyevin təbirincə desək: “Avrasiya coğrafiyasında düşmənləri deyil, dostları axtarmaq həyatımızın ən qiymətli dəyəridir. Etibarlı və səmimi müttəfiqləri qazanmaqla bütün uğurları əldə etmək mümkündür. Bu yöndə türklər sadiq və ən etibarlı dostlar sayılırlar”.
Görkəmli rus alimlərindən filoloq və tarixçi knyaz P.N. Savitski, geosiyasətçi A. S. Trubetski və tarixçi Q.V. Vernadski kimi böyük dəyərlərə malik xadimlər zamanında Avrasiya coğrafiyasının fundamental şəkildə elmi əsasları işləmişlər. Bu ənənələrə söykəmli şəkildə indinin ictimai və mədəni texnologiyaları tətbiq etməklə MDB məkanında və Rusiya-Türkiyə münasibətlərinin inkişafına nail ola bilmək mümkündür. Bununla yanaşı, slavyan dünyası məfhumunu dəyişdirmək üçün keçmişdəki neqativ halları aradan qaldırmaq gərəkdir. Dünyanın istənilən güc mərkəzi Avrasiya məkanında yaşayan xalqların əcdadlarının miras qoyub getdiyi dəyərlərin inkişafı haqqında düşünməyəcək. Heç bununla ilgilənməyəcək də. Avrasiyanın əzəli və ədəbi sakinləri olan türklər və slavyanlar hər zaman bu missiyanın önündə dayanmalı və bunu şərəflə inkişaf etdirməlidirlər. Əks təqdirdə hər iki super etnos tarixin səhnəsindən acınacaqlı bir şəkildə silinəcək...