Türk qırıcıları PKK mövqelərini məhv etdi

Türkiyə ordusu Baş Qərargahı şimali İraqda PKK terrorçularına qarşı hava əməliyyatı keçirdiyi barədə məlumat yayıb.
Əməliyyatda 12 ədəd F-16 və F-4 2020 döyüş təyyarələrindən istifadə olunub. Sinat-Haftanin və Metina rayonlarına iki qrupla hücuma keçən türk pilotları aşkar etdikləri bütün hədəfləri dəqiq zərbə ilə məhv ediblər.
Əməliyyat səhər saatlarında baş tutub.(avropa.info)