Türk pilotlar PKK anbarlarını darmadağın etdi

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı PKK düşərgələrinə növbəti əməliyyat təşkil edib.
 Turaninfo.az Axar.az-a istinadən  xəbər verir ki, əməliyyata 4 ədəd F-16 və 14 ədəd F-4 qatılıb.
 2 saat 40 dəqiqə davam edən əməliyyat zamanı PKK-nın Qəndil, Haqqurq və Avaşin düşərgələrindəki sığınacaqları və anbarları bombalanıb.
 Türkiyə Baş Qərargah rəisliyi PKK-nın müəyyən edilən hədəflərinin dəqiqliklə vurulduğunu və qırıcıların aviabazalara qayıtdığını açıqlayıb.