Türk ordusu PKK-nı bunker dağıdan bombalarla vurdu

Türkiyə ordusu Baş Qərargahı İraqın şimalında yerləşən Qəndil vilayətinin Zap bölgəsində PKK mövqelərinə zərbə endirməsi haqda məlumat yayıb.
Turaninfo.az Avropa.info-ya istinadən  xəbər verir ki, havaya qalxan on ədəd F-4 2020 və F-16 döyüş təyyarələri PKK-nın sığınacaq və bunkerlərini bombalayıb. Əməliyyatda NEB (Nüfuz Edici Bomba) istifadə olunub.
Baş Qərargah zərbələrin Türkiyə vaxtı ilə səhər 04:30-06:30 radələrində endirildiyini bildirir.