Türk KİV azərbaycanlı sui-qəsdçilərin görüntüsünü yaydı - Video

 
İstanbulda İncirlidəi alış-veriş mərkəzində "Şirinlər dəstəsi”nə qarşı aparılan əməliyyat zaman yaxalanan silahlı şəxslərin X-ray cihazı ilə yoxlanılmadan mərəzə buraxıldıqları məlum olub.
 
Teleqraf.com xəbər verir ki, saxlanılan 13 nəfərdən 4-ü azərbaycanlı olub. Onların üzərindən ümumilikdə 9 tapança çıxıb. Saxlanılan şəxslərlə bağlı aparılan polis araşdırması başa çatıb. İş məhkəməyə göndərilib.
 
Saxlanılanlar kriminal aləmin nümayəndələri Mehmet Sabri Şirin, Abdurrahman Ç., Orxan E., Hacı Ömər E., Əmrə D., Kənan S., Nicat B., Berkay D. və dörd azərbaycanlı şəxsdir. Onlar ticarət mərkəzində görüşərək gələcək planları müzakirə etməli idilər. Əsas hədəflərinin həbsdən yeni çıxmı kriminal avtoritet "Lotu Quli" ləqəbli Nadir Səlifov olduğu bildirilir.
 
Polisin məlumatına görə, azərbaycanlılar ötən il Türkiyədə qətlə yetirilən Rövşən Caniyevin qisasının alınması üçün "Şirinlər" dəstəsinə 5 milyon dollar ödəmək üçün ticarət mərkəzinə gəlib. Tərəflər ilkin razılığa gəliblər. Mərkəzdə nahar zamanı polis onları dövriyyə alıb və təslim olmalarını tələb edib.

Загрузка...
Загрузка...