Türk jurnalistlər ermənilərin qoyub qaçdıqları səngərlərdə...

NTV-dən, Doğan kimi məşhur xəbər agentliyindən sonra Türkiyənin daha bir televiziya kanalı Qarabağda olub.
ANS PRESS-in məlumatına görə, "Bengü Türk" televiziyası reportaj hazırlayıb.
Kanalın əməkdaşı Qarabağda baş verənləri dünyaya göstərməyə çalışıb. Veriliş "Adım Vatan" (Adım Vətən) adlanır. Verilişdə bildirilib ki, 90-cı illərdə dünyanın gözü önündə insanlıq tarixinin ən böyük faciələrindən, qətliamlarından biri yaşandı.
Jurnalistlərin dayanacağı Füzuli, Tərtər cəbhəsi, ermənilərin qoyub qaçdıqları səngərlər olub. Bura ermənilərin atəşkəsi ən çox pozduğu istiqamətlərdən biridir. Tərtərdə isə minalardan təmizlənmə prosesində iştirak ediblər. Onlar erməni zərbələri nəticəsində dağıdılan kəndlərdə - evlərdə də olublar. Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani, eləcə də hərbçilər cəbhədə baş verənlər haqqında ətraflı məlumat veriblər.
Birdirilib ki, Ermənistanın əlində saxladığı hərbi yüksəkliklər bir neçə saat ərzində Azərbaycanın nəzarətinə keçib.
Türk jurnalist 22-24 il işğaldan sonra azad edilən torpaqlarda qurulan istehkam məntəqələrində olub, geri çəkilən ermənilərin yeni səngərləri necə qazdığını müşahidə edib. Maraqlısı odur ki, eməni əsgərləri təmas xəttindən qaçdığı üçün səngərləri belə mülki əhaliyə qazdırırlar.
Veriliş bir neçə hissədən ibarətdir və hər hissə bir cəbhə xəttindəki vəziyyətə həsr edilib. Adıçəkilən verilişin bir hissəsini oxuculara təqdim edirik: