Türk generalı meydan oxudu: "Məğlub edə bilməyəcəyimiz..."

 
 Məğlub edə bilməyəcəyimiz terror təşkilatı və terrorçu yoxdur.
 
Turaninfo.az  publika.az-a istinadən bildirir ki, bunu Türkiyə Silahlı qüvvələri Baş qərargah rəisi general Hulusi Akar dünən Qazi Ordu Evində verilən iftar yeməyində deyib.
 
"Türkiyə Silahlı qüvvətləri dünən də, bu gün də ona verilən vəzifələri qanunlar çərçivəsində böyük diqqətlə yerinə yetirib və yerinə yetirməyə davam edəcək. Məğlub edə bilməyəcəyimiz terror təşkilatı və terrorçu yoxdur", - o bildirib.
 
Baş qərargahdan verilən məlumatda isə bildirilir ki, Şırnak mahalında PKK terror təşkilatının 7 üzvü zərərsizləşdirilib.