​Türk dönməz!.. - Nə yazıq ki, Bərdə bazarında bunu anlamırlar...

Baxış sayı: 
202
0  
0  

 
 
Bəzən qrammatik savadsızlığımız bağışlanmaz milli-siyasi səhvlərə də yol açır. Amma bu səhvləri anlamaq üçün bazar, alverçi baxışı yox, milli idarəçilik təfəkkürü gərəkdir. Əməkdaşımızın Bərdə bazarının rayon avtovağzalı istiqamətindəki girişində diqqətini çəkən bu görüntü, təəssüf ki, əksəriyyəti düşünməyə yox, dönər yeməyə çağırır.
 
Amma dönərxananın reklamı üçün “Türk dönər”  yazan satıcıların “dönər” sözünə bircə “i” hərfinin artırılmaması ilə özümüz-özümüzü alçaltdığımızı anlamasa da, bu bazardan gündəlik hesab götürən, küçə və obyektlərdəki  reklam və yazılara nəzarət etməli olan səlahiyyət sahibləri bunu başa düşməlidir.
 
Sultan Laçın

Загрузка...
Загрузка...