Türk deputat CHP-ni qınadı: “Azərbaycana qarşı…”

 
Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, hakim Ədalət və İnkişaf Partiyasının Adanadan seçilən millət vəkili Necdət Ünüvar Avropa Şurası Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin CHP-dən olan üzvlərinin Azərbaycan əleyhinə səs verməsinin son dərəcə üzücü olduğunu bildirib.
 
Teleqraf.com xəbər verir ki, N.Ünüvar yaydığı açıqlamada öz əksini tapıb: “Can Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra çox inkişaf edib. Azərbaycan xalqının iqtisadi, sosial və demokratik nailiyyətləri çoxalıb. Ancaq Azərbaycanın güclənməsini istəməyənlər bunu zaman-zaman açıq-aşkar bildirirlər. Bunun ən son nümunəsini keçən həftə Avropa Şurası Parlament Assambleyasında gördük. AŞPA-da haqsız iddialarla bağlı səsvermədə CHP-dən olan bəzi üzvlər də təəssüf ki, Azərbaycanın əleyhinə səs veriblər. Türkiyə və Azərbaycan bütün beynəlxalq qurumlarda tam bir qardaşlıq duyğusu ilə hərəkət edərkən AŞPA-dakı nümayəndə heyətimizin CHP-dən olan üzvlərinin Türkiyə və Azərbaycana yönəlik qərəzin əvvəlcədən bilindiyi bir ortamda qardaş Azərbaycanla bağlı, mətni müzakirə edilməli olan bir hesabatın lehinə səs vermələri son dərəcə üzücü bir durum yaradıb”.
 
Azərbaycanın Avropa Şurasına üzv olmasından sonra, xüsusilə də AKP-nin hakimiyyətə gəlməsi ilə Türkiyə və Azərbaycanın bütün beynəlxalq arenalarda sürəkli həmrəylik içində hərəkət etdiyini vurğulayan Ünüvar bu gün Türkiyə ilə Azərbaycanın əlaqələrinin mükəmməl olduğunu qeyd edib:
 
“Bu mükəmməl əlaqələri təsis və təmin edən hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Azərbayacn Prezidenti hörmətli İlham Əliyevə TBMM-in Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri olaraq iki ölkə adından şükranlarımı bildirirəm”.
 
“Azərbaycan əleyhinə səs verənlər Azərbaycanın bugünkü sosial və demokratik inkişafının fərqində olsaydılar, əminəm ki, belə davranmazdılar”, deyən N.Ünüvar əlavə edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünü qeyd etdiyimiz bu günlərdə, Azərbaycan əleyhinə səs verənlərin bu hərəkəti iki qardaş ölkə əlaqələri əsla zədələməyəcək:
 
“Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan barədə keçiriləcək müzakirələrdə qardaş həmrəyliyinin ən gözəl örnəklərini görəcəyimizə əmin olduğunu vurğulayıb: “AKP olaraq bütün platformalarda daim Azərbaycanın yanında olduq, olmağa davam edəcəyik”.

 
Müəllif: Səxavət Həmid

Загрузка...
Загрузка...