​Türk boksçunun rəqibi rinqdən qaçdı

 
Almaniyada keçirilən boks yarışında maraqlı anlar yaşanıb.
 
Publika.az Türkiyə mətbutına istinadən xəbər verir ki, Türk boksçu Ali Eren Demirezen polşalı Patrik Koulla qarşılaşıb.
 
Ali Demirezen ilk raundda rəqibinə böyük hesabla qalib gəlib. Raundlararası fasilədə öz köşəsinə çəkilən polşalı boksçu qəfil əlcəklərini çıxararaq rinqi tərk edib. Həyatını təhlükəyə atmaq istəmədiyini deyən Patrik döyüşdən imtina edib.
"Həyatımda bu qədər güclü zərbə görmədim. Ali olimpiyadada döyüşmüş güclü bir boksçudu, həyatımı təhlükəyə ata bilməzdim. Hər yumruq zərbəsinə elə bilirdim ki, məni qatar vurur. Ona görə də travma alımadan yarışı tərk etdim", -deyə polşalı boksçu əlavə edib.