​"Türk" avtoritet paytaxtda saxlandı - VİDEO

 
Dünən Yeni Moskvanın Maruşkino kəndində “SOBR” xüsusi təyinatlıları kriminal aləmdə “Türk” ləqəbi ilə tanınan “qanuni oğru” Andrey Torkunovu saxlayıb.
 
Missiya.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı Moldova sakini silahlı hücum ittihamı ilə axtarışda olub.
 
Saxlanılan zaman Torkunovun üzərindən silah və narkotik tapılıb.
 
“Saxlanılan zaman onun üzərində tapança, patronlar və ümumi kütləsi 45 qram olan həşiş tapılıb”, - deyə hüquq-mühafizə orqanlarında olan mənbə bıldirib.
 
2013-cü ildə “qanuni oğru” adı alan Andrey Torkunov bir müddət əvvəl öldürülən “Rövşən Lənkəranski” (Rövşən Canıyev) ilə münaqişəli olub. “Türk” məşhur avtoritet Aslan Usoyanın (Ded Xasan) klanına daxil olduğundan Rövşən , Tariel Oniani və Merab Suxumskinin qruplaşmasına düşmən sayılıb.
 
Kriminal qaydaların pozulması və yolverilməz davranışına görə, “Türk” nüfuzlu “qanuni oğru” “Şakro Molodoy” (Zaxari Kalaşov) tərəfindən aparılan “sxodka” da oğru adından məhrum olunub.
 
Qeyd edək ki, Andrey Tarkunov 2014-cü ildə Rusiyanın Barnaul şəhərində yerləşən ümumi rejimli islah-əmək düşərgəsindən buraxılıb. O, 2013-cü ilin yayında həbs olunmuşdu. Moskvanın Solntsevo rayonunda əməliyyatçılar tərəfindən saxlanılan “Türk” ün üzərində axtarış zamanı 3 qram heroin tapılmışdı. Məhkəmə onu bir il müddətinə azadlıqdan məhrum etmişdi.