Turançılıq siyasi ideologiyadır!

 
Turançılıq, turanizm — bütün Ural-Altay xalqlarının birliyini nəzərdə tutan siyasi ideologiyadır. İlk olaraq finlər, macarlar, estonlarvə Rusiya tərkibindəki fin-ugor xalqları ilə bərabər mancurlar, monqollar və türkdilli xalqların birləşməsi məqsədi ilə meydana çıxmışdır. Türkçü və turancı şəxslərdən Ziya Gökalp isə "Türkçülüyün əsasları" adlı əsərində turancılığın heç də macarları, monqolları, mancurları, finləri birləşdürmək məqsədi güdmədiyini bildirmişdir .
Rusiyada 1905-ci il inqilabından əvvəl azərbaycanlı və tatar ziyalıları tərəfindən dəstəklənmiş bu ideologiya, Türkiyədə 1908-cı ildə II Məşrutiyətin elan edilməsindən sonra yayılmağa başladı. İttihad və tərəqqi partiyasının rəhbərləri arasında Ziya Gökalpın irəli sürdüyü türançılıq baxışları əsas götürülmüşdür. O dövrün Osmanlı komandanlarından biri olan Ənvər paşa isə 1918-1922-ci illərdə keçmiş Rusiya İmperiyasının ərazisində turançılıq fikrini canlandırmağa çalışırkən şəhid olmuşdur.
Ziya Gökalpın bir şeirindəki aşağıdakı beyt, turançılıq baxışlarını konkret əks etdirir:
Vətən nə Türkiyədir türklərə, nə Türküstan;
Vətən büyük və əbədi bir ölkədir: Turan.
Turan  dedikdə Böyük Turk Xaqanliğı GöyTurk imperiyasi nəzərdə tutulur. Bura butun dunya daxildir - yəni Fransadan Kamcatkaya qədər olan məsafə. Elə ona görə də hər kəs bu sözdən qorxur -  çünki başqa dövlətlər Turanin icində itib batir.
Dünya tarixində 2 dəfə Turani bərpa etmək cəhdləri baş tutmuşdur.
Bu Ilk olaraq monqol-tatar yürüşü, Türkləri bir bayraq altında birləşdirməsi cəhdi olub. Türklər buna demək olar ki, nail oldular -  Cingizxanin ordusu Şərqdəki səmit yuvasi Bağdat xəlifəsini darmadağın edib xəlifəni taxtdan salaraq edam etdilər. Qərbdə isə levitlərin yuvası olan (yahudu xəzərlərin törəmələri idilər. Xəzərlərin özləri isə 1-ci qoldan Oğuz Türklərindən dönmə idilər) darmadağın edildi. Monqol-tatar ordusu istəsəydi bütün Qərbi Avropanı ayaqlar altına alardı -  amma Krakovdan o yana Türklər qalmamışdı - onlar Xristianlığı qəbul etdikdən sonra assimilyasiya olunub indiki Avropa xalqlarına çevrilmişdilər.
Ikinci Turan qurmaq cəhdi Osmanlı imperiyasina məxsus olmuşdur. Adından göründüyü kimi Osman Türk sözü olub Asiman deməkdir-yəni mavi səma. Lakin bu imperiyainin da təməli I Osmanın arvadının milliyətcə ərəb şeyxi olan Adabalinin qızı Mahlunun olduğundan tam 100% Turk maraqlarına deyil, ərəblərin maraqlarına xidmət etmişdir - bu səbəbdən də dağılmağa məhkum idi.
Şəxsən mənim Turanın inkişafı yolunda mübarizəm ilk öncə parçalanmış Azərbaycan torpaqlarının birləşdirilməsi düşüncəsidir. Çünki Vahid Azərbaycan Türkiyəni bütün Türk dünyası ilə birləşdirən və bilavasitə türk xalqlarını bir yumruq altında hərəkət etməyə təkan verəcək bir coğrafiyaya malikdir. Bütün hallarda Turan dövləti qurulmalı və onun ümumi bayrağının digər dünya dövlətləri tərəfindən qəbul edilməsini təmin etmək lazımdır. Türk dövlətlərinin iqtisadi və siyasi gücləri birləşdirilərək dünyaya böyük Türk birliyi, Turan dövləti təqdim olunmalıdır. Bir çoxunuz deyəcəksiniz bu ki imperiyadır. Bəli bu İmperiyadır. Amma dağıdıcı deyil bütün dünya Türklərini birləşdirən və eyni ideologiyaya xidmət edən bir güc İmperiyasıdır. Türklər bəşər tarixi yazıldığı gündən bu günə qədər böyük imperiyalar quran və olduqca adil idari-üsulla dövlət idarəçilik sisteminə malik olan bir millət olmuşlar. Lakin ətraf güc dövlətlərinin siyasi manevrləri və dini etiqadlara uyaraq xarici güclərin dağıdıcı ideoloji basqısı nəticəsində hər dəfə içdən-içə parçalanmışlar. Buna son olaraq Osmanlını misal çəkə bilərik. Fikrimcə əgər Turan türk xalqlarının eyni idealogiya altında birləşməsinə və böyük güclərə meydan oxuyacaq gucdə olmasını təmin edəcəksə niyə də qurulmasın. Bildiyimiz kimi uzun illər Rusya Sovetləri ərazisində yaşayan turk dilli xalqları bir millət olaraq nəinki inkişaf etməyə qoymuş, hətda deyərdim ki, bacardığı qədər önünü kəsmişdir. Əgər bu belə olmasaydı tariximiz təhrif olunaraq min bir parçaya bölünüb, torpaqlarımız ucdan-uca satılmaz və hərəmiz ayrı-ayrı bir millət adıyla damğalanmazdıq. Məhz Türklərin eyni coğrafiyada birləşib inkişaf etməsi, böyük gücə sahib olması super güc dövlətlərini tarix boyu qorxuya salmışdır. Çunki bizə məxsus olan coğrafi landştaft və relyef çox münbit şəraitə və bol bəhrəli torpaqlara sahibdir. Təbii ki, bu da iqtisadi gucü genişləndirərək dünya bazarını ələ almağa əsas yaradır. Turanın inkişafı üçün daha bir mərhələ  Azərbaycançılığı deyil məhz Türkçülüyümüzü təbliğ etməkdir. Biz hələ də millət olaraq Türk olduğumuza şübhə ilə yanaşaraq özümüzün Azərbaycanlı, Özbək, Tatar və ya Qırğız, Qaqauz olduğuna inanırıq. Bu onun nəticəsidir ki, bu günə qədər olan tarixi məlumatlar bizlərə təhrif olunuraq təbliğ edilmişdir. Qeyd edim ki, Azərbaycanda çoxlu sayda azlıq təşkil edən xalqlar yaşayır. Bu danılmaz faktdır. Lakin bu bizə əsas vermir ki, ərazimizdə qeyri xalqların yaşadığı üçün Türklüyümüzü inkar edib özümüzə ümumi olaraq Azərbaycanlı deyək. Bir çoxu bu mövqedən yanaşaraq özünün Azərbaycanlı olduğunu iddia edir. Dərk etmək lazımdır ki, bu çar Rusiyasının və Sovetlərin keçmişdə bizə vurduğu ən böyük ideoloji zərbədir. Mən həvəskar tarixçi olaraq hər zaman belə məqamları araşdırır və bir çox tarixi faktlarda bunu açıq aşkar görürəm Azərbaycan məkan, ərazi adıdır. Bu ad millət adı ola bilməz. Əgər sizlər də araşdırsanız bu qənaətə gələcəyinizdən mütləq şəkildə əminəm. Tarixi mənbələrdə bu haqda yetəri qədər məlumatlar və faktlar əldə etmək mümkündür. Daha bir incə məqama nəzər salaraq diqqətli davranmaq gərəkdiyini vurğulamaq istəyirəm: Türk olduğumuzu deyərkən biz kimsədən özümüzü üstün tutmuruq, ayrımçılıq etmirik, sadecə öz milli kimliyimizin dərk edilmesini əsas tutaraq kökümüzü, irqimizi, milliyyətimizi və özünüdərk prinsipini irəli sürürük. Bu məsələyə həddindən artıq həssas yanaşmalıyıq, çünki ölkəmizdə yaşayan azsaylı xalqları qıcıqlandırıb ikitirəliyə yol verməmək lazımdır. Belə ki, onlar ən çətin anlarımızda bizimlə dərdimizi-sevincimizi bölüşüblər. Onlara anlatmaq lazimdır ki, vahid Azərbaycan həm də talışların, ləzgələrin, avarların, tatların vahid dövlətdə birləşməsi eləcə də  biz Türklər onların böyük qardaşı olduğumuz deməkdir. Onlar Azərbaycan ərazisində yaşayan qardaş xalqlardır. Onsuzda onlardan kimliyini soruşduqda: talışam, ləzgiyəm, avaram, tatam və sairə və ilaxır....deyirlər. Çünki kimsə milliyyətini danmaz. Elə bunun üçün də biz özümüzə Azərbaycan Türkü ərazimizdə yaşayan digər xalqlara isə Azərbaycan talışı, avarı, ləzgisi və ya Azərbaycan tatı deməliyik. Mən çox İstərdim ki, bu məsələ dövlətimizin qanunverici orqanları tərəfindən böyük həssaslıqla qarşılansın və milliyyətimizin Türk olduğu barəsində qəti qərar qəbul edilərək özünəqayıdış prinsipinə təkan verilsin.
 
Hörmətlə : Umuxanım Hüseynzadə