Tərtərdə 2 top mərmisi aşkar edildi

Mayın 9-da Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər, Füzuli və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlanıb.
 ANAMA-dan Axar.az-a verilən məlumata görə, hesabat aşağıdakı kimidir:
 Tərtər rayonu
 Qarağacı kəndi - 3 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilmiş, gün ərzində 30 000 kv. m ərazi yoxlanılmışdır.
 Qaynaq kəndi - 1 ev və həyətyanı sahədə, 3 otlaq sahəsində 4 partlayış yerinə baxış keçrilmiş, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilmişdir. Gün ərzində 1 250 kv. m ərazi yoxlanılmışdır.
 Əskipara kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçrilmiş və gün ərzində 5 000 kv. m ərazi yoxlanılmışdır. Baxış zamanı PHS aşkar olunmamışdır.
 (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)
 Cəmi: Gün ərzində 5 ev və həyətyanı sahələrdə, 3 otlaq sahəsində 12 partlayış yerinə baxış keçrilmiş, 36 250 kv. m ərazi yoxlanılmış, 2 ədəd 122 mm-lik top mərmisinin daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə (MMƏ) daşınmış.
Füzuli rayonu
 Şükürbəyli kəndi -2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, 470 kv.m ərazi qəlpələrdən təmizlənmış, heç bir PHS aşkar olunmamışdır.
 Cəmi: 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilmiş və 470 kv. m ərazi təmizlənmışdir.
 9 May tarixində 5 ev və həyətyanı sahədə, 5 otlaq sahəsi daxil olmaqla 14 partlayış yerinə baxış keçirilmiş, 2 ədəd 122 mm-lik top mərmisi aşkar edilmiş, daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə (MMƏ) daşınmış. Gün ərzində 36 720 kv. m ərazi təmizlənmişdir.
 Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 9 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 453 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 417 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdır.