TRT aparıcısı: "Qiyamçılar mənə zorla..."

TRT kanalında bir neçə saat əvvəl Türkiyədə dövlət çevrilişi ilə bağlı bəyanatı oxuyan diktor danışıb.
 ANS-in məlumatına görə, aparıcı bu yayımın həyatının ən çətin yayımı olduğunu deyib. Onun sözlərinə görə, xəbəri silahlı əsgərlərin təzyiqi altında oxuyub.
 "3-4 saat əvvəl dəhşət yaşadıq. Karyeramda ən çətin yayımıma çıxmışdım. Saatlarla girov olduq. Qollarımızı arxadan bağlamışdılar. Təhqir edirdilər bizi. Yayımda o mətni oxumaq üçün silahlı əsgərlər məni məcbur etdi. O şərtlər altında bizə oxutdular.  Çox şükür xəsərət alan olmadı. O anları bir də xatırlamaq istəmirəm", - deyə aparıcı bildirib.
 Bir neçə saat əvvəl TRT kanalının xəbər aparıcısı canlı yayımda Türkiyədə dövlət çevirilişi olduğunu demişdi.