Tribunalardan Arda Turana təpki – oyunun türk spikeri üsyan püskürdü

AÇ çərçivəsində keçirilən Türkiyə-İspaniya qarşılaşmasında Türkiyəli futbolçular, xüsusilə Arda Turan azarkeşlərin sərt reaksiyası ilə qarşılaşıb.
Musavat.com-un məlumatına görə, top Arda Turanın ayağına gələn kimi türk tamaşaçılar səslərini yüksəldərək Ardaya etiraz ediblər.
Bu vəziyyətlə razılaşmayan türk futbol şərhçisi “od püskürüb” və bu ifadələri işlədib: “Təəssüflə deyirəm, hazırda ispan azarkeşlər Ardanı alqışlayır, amma türk tamaşaçılar türk futbolçuları, özəlliklə Ardanı protesto edirlər. Unutmamalıyıq ki, bu futbolçular ay-ulduzlu türk komandasını təmsil edirlər və gələcək oyunda da bizə lazım olacaqlar. Belə vəziyyətə üsyan edirəm”.
Türk şərhçi sosial şəbəkələrdə də futbolçuları etiraz atəşinə tutan izləyiciləri daha ehtiyyatlı davranmağa, futbolçulara dəstək olmağa çağırıb.
Matçın sonlarına yaxın, türk tamaşaçılar milli komandanı dəstəkləməyə davam etdilər. Onlar tribunalardan “Türkiyə”, “Türkiyə” hayqırıblar.