​Təranə Qumral canlı yayımda HOQQA çıxardı: “Burada bir iynə vuran var, o da mənəm”

Dünən "5/5" proqramında qonaq olan Musa -Təranə cütlüyü maraqlı görüntülər sərgiləyib.
Publika.az xəbər verir ki, "Musa məllim son vaxtlar atəşlə yaman oynayır", -deyən aparıcıya Təranə Qumralın cavabı gecikməyib.
"Sən yenə başlamısan iynəli sözlər deməyə. Sən bilirsən ki, burada bir iynə vuran var, o da mənəm".
Zaur Kamal isə ifaçıya "Sən tibb bacısısan? Ancaq iynəni Musaya vura bilərsən, xəstələnəndə" deyə cavab verib.
Daha sonra canlı yayımda avtomobillərinə həbs qoyulduğunu öyrənən cütlük 50 manat cərimə ödəyəcəklərini öyrənib və təəccüblənib.
Verilişin sonrakı dəqiqələrində Təranə Qumral Zaurun suallarını cavablandırıb və izləyənlərə əyləncəli anlar yaşadıb. Həmin sual-cavabı təqdim edirik:
- Musanın anası deyir ki, Təranəni o vaxt bağışlayaram ki, gəlib ayağımı yusun...
- Yumayacağam. Çünki indiki gəlinlər ayaq yumur. Mən də elə indiki gəlinlərə oxşamışam.
- Musa evdən qaçsa neyləyərsiniz?
- Musadan qaçan çıxmaz.
- Qızınızın əkiz uşağı olsa (qız, oğlan), birinin adını Könül, digərinin adını Cabbar qoymağa razısınız?
- Əgər kürəkənimin ürəyindən olsa, istəyərəm.
- Bir ocaqda iki gəlin kimlərdir?
- Biri mənəm, biri də... Onu açıqlasam qan düşər. Siz özünüz demişdiniz mənə.
- Hansı müğənnilərlə yola getmirsiniz?
- Əslində heç bir müğənni ilə əlaqəm yoxdur. Ona görə də demək istəmirəm.
- Musanı yanınızda görəndə nə deyirlər?
- "Yazıq" və "Bəxtəvər" deyirlər. Ən çox da "Yazıq Musa"nı dillərinə gətirirlər. Deyirlər "Təranə yamandır". Hamı məni elə tanıyır.

Загрузка...
Загрузка...